İdman 25.06.2025

Mbappe çökür: Sirr üzə çıxdı

Mbappe çökür: Sirr üzə çıxdı

Kylian Mbappe'nin Səhhət Durumu Açıqlandı

FİFA Klublararası Dünya Kuboku turniri üçün Amerika Birləşmiş Ştatlarında səfərdə olan Real Madridin ulduz futbolçusu Kylian Mbappe, təlim-məşq toplanışı zamanı qəfil səhhət problemləri ilə üzləşərək xəstəxanaya yerləşdirilmişdi.

Real Madridin Klublararası Dünya Kubokundakı ilk iki matçında meydana çıxa bilməyən fransız ulduzun sağlamlıq durumu ilə bağlı detallar bəlli olub.

5 Kiloqram Çəki İtkisi

Bağırsaq infeksiyası keçirən Mbappe, xəstəxanadan müalicə alaraq evə buraxıldıqdan sonra məşqlərə qayıdıb. İspaniya mətbuatı "Marca"nın verdiyi məlumata görə, mədə və bağırsaq iltihabı səbəbindən fransız futbolçu 5 kiloqram çəki itirib.

Məşqdən paylaşılan fotolarda ulduz futbolçunun fiziki görünüşündəki nəzərəçarpan dəyişiklik diqqət çəkib. Real Madridin yayımladığı məşq fotosunda Mbappenin çəki və əzələ itirdiyi müşahidə edilib. Çıxan xəbərlərə görə, o, gücünü bərpa etmək və optimal hazır vəziyyətə gəlmək üçün intensiv əlavə fiziki məşqlərə davam edir.

24 saat