Portuqaliyalı mütəxəssis transfer işləri ilə bağlı məlumat verərək bunları qeyd edib:
"Bu gün çərşənbə axşamıdır və Benfika matçlarından əvvəl hər hansı bir transferin baş tutacağını düşünmürəm. Əgər baş versə, bu mənim üçün sürpriz olardı. Kimsənin mənə 'Bəli, bu transfer baş tutdu' deyə bir mesaj göndərəcəyini gözləmirəm. Heyətimizə daha 1-2 oyunçu qata bilsək yaxşı olar, amma olmasa da bunun üçün ağlamayacağıq. Problem olmaz. Bu heyət tam bir heyətdirmi deyə soruşsanız, əskiklərimiz var, amma yeni transfer olmasa da problem olmaz. Zehni olaraq 'Əskikik' deyə düşünsək, matça fokuslana bilmərik. Çox güman ki, Benfika matçında da hazırkı oyunçularımızla oynayacağıq. Birlikdə güclü bir ailəyik. Təmiz bir soyunma otağımız var. Komandada birlik var."
## Benfika ilə qarşılaşmaBenfika ilə qarşılaşma barədə danışan Mourinyo, "Feyenoord-a qarşı oynadıq, indi də Benfika-ya qarşı oynayacağıq. Əminəm ki, Benfika da bizimlə oynayacağı üçün xoşbəxt deyil, onlar da Feyenoord-u seçərdilər" deyib.
## "Çempionlar Liqasında Oynayabilməyəcək Bir Komanda Demədim"Bundan əvvəl Fenerbahçe-nin Avropa Liqası komandası olduğu barədəki açıqlaması xatırladılan Joze Mourinyo, bunları deyib:
"Mən Fenerbahçe üçün 'Çempionlar Liqası komandası deyil' deyərkən, Çempionlar Liqasında oynaya bilməyəcək bir komanda demədim, Çempionlar Liqasını qazana bilməyəcək bir komanda mənasında söylədim. Fenerbahçe, Çempionlar Liqasını qazanmasa, bunu heç kim qınamaz. Amma Avropa Liqasında vəziyyət fərqlidir. Keçən il Avropa Liqasında dörddəbir finalı penaltılarla qaçırmışdıq. İndi bir sonrakı mərhələdə qarşımızda böyük bir komanda olacaq. İkinci matç da Lissabonda oynanılacaq. Hər şeydən əvvəl evimizdə oynayacağımız ilk matçın həzzini çıxaraq."
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz