İdman 24.10.2025

Mourinyo "Fənərbaxça"dan getməsinin səbəbini açıqladı

Mourinyo "Fənərbaxça"dan getməsinin səbəbini açıqladı

Mourinyo Kerem Aktürkoğlu transferi ilə bağlı şok iddia irəli sürdü

Joze Mourinyo, "Fənərbaxça"dan ayrılmasına baxmayaraq, tez-tez keçmiş klubu ilə bağlı açıqlamalar verməyə davam edir.

Portuqaliya mətbuatına danışan "Benfika"nın baş məşqçisi Mourinyo, Kerem Aktürkoğlu transferi haqqında gözlənilməz bir iddia səsləndirib.

"Ayrılıq səbəblərimdən biri idi"

Portuqaliyalı mütəxəssis, Kerem Aktürkoğlunun "Benfika"ya transferinin onun dövrünə təsadüf etməməsindən təəssüfləndiyini bildirib.

Keremin transferi zamanı yaşananlarla bağlı "Bəlkə də Fənərbaxçadan ayrılma səbəblərimdən biri, oyun tərzim baxımından çox önəmli hesab etdiyim o oyunçunu "Benfika"dan ala bilməməyimin yaratdığı məyusluq idi" deyə qeyd edib.

Mourinyo, Kerem transferinin ləngiməsinin "Fənərbaxça"dakı gələcəyinə də təsir etdiyini söyləyib. Peşmançılığını dilə gətirən Mourinyo, "Çox üzücü olsa da, dolayısı ilə "Benfika"nın heyətinin dəyişməsinə kömək etdim. Bu, mənim günahımdır. Onu heyətimə qatmaq üçün hər şeyi etdim, amma sonda nə "Fənərbaxça"da, nə də "Benfika"da ona nail ola bilmədim" deyə əlavə edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz