AZMAN AYI DONDURMA DÜKANINI DARMADAĞIN ETDİ
ABŞ-ın Kaliforniya ştatının Camp Richardson bölgəsində yerləşən “Ice Cream Shop” adlı dondurma dükanına daxil olan nəhəng ayı, qısa müddətdə özünü kassanın arxasında tapıb. El Dorado Qraflığı Şerif Ofisinin verdiyi məlumata görə, “Fuzzy” ləqəbli ayının şirinliyə qarşı böyük həvəsi var idi.
KAMERALARA ADETA POZ VERDİ
Hadisə yerinə gələn polis əməkdaşları, qarşılarında dondurma yeyən ayını görüncə heyrətdən gözlərinə inana bilməyiblər. Paylaşılan fotolarda cinayət başında yaxalanan ayının “üzsüz” baxışları diqqət çəkib.
ÇİYƏLƏKLİ DONDURMAYA HƏVƏSİ BÖYÜK OLDU
Rəsmilərin bildirdiyinə görə, “Fuzzy” xüsusilə çiyələkli dondurma qabına hücum edib. Heyran qaldığı çiyələkli dondurmanı demək olar ki, bitirən ayı, bununla kifayətlənməyib və digər növləri də dadıb. Yarımçıq qalmış dondurma qalıqları və pəncə izləri dükanın hər yerinə yayılıb.
Şirkət rəsmisi William Boas, “Görünür, içəri girməzdən əvvəl pəncələrini yumayıb. Buna görə də bütün dondurmaları yeniləmək məcburiyyətində qaldıq” deyərək hadisəyə yumoristik tərzdə yanaşıb.
Hadisə nəticəsində ciddi maddi ziyan yaranmasa da, gigiyena səbəbindən bütün dondurma ehtiyatları zibilə atılıb. Müəssisə, ayının qonaqlığından sonra yenidən stok doldurmaq məcburiyyətində qalıb.
Oxucu Şərhləri
Şərh Yaz