Braziliyanın iki köklü klubu - Santos və Vasko da Qama Morumbis stadionunda üz-üzə gəlib. Qarşılaşma futbol tarixinə düşəcək qədər böyük hesablı məğlubiyyətlə yekunlaşıb.
Neymarın komandası 6 cavabsız qolla məğlub oldu
Neymarın formasını geyindiyi Santos, Vasko da Qamaya 6-0 hesabı ilə yenilib. Bu sarsıdıcı məğlubiyyətdən sonra Neymar göz yaşlarını saxlaya bilməyib.
Neymar üçün bir ilk
Bu nəticə Neymarın karyerasında yaşadığı ən ağır məğlubiyyətlərdən biri kimi qeydə düşüb. Santos azarkeşləri etiraz əlaməti olaraq komandalarına arxa çeviriblər. Matçın dərhal ardından baş məşqçi Kleber Xavier vəzifəsindən azad edilib.
2009-cu ildə peşəkar karyerasına başlayan braziliyalı ulduz indiyədək oynadığı komandalarda ən böyük hesabla məğlubiyyəti 4 qol fərqi ilə yaşamışdı. Santosun Vaskoya 6-0 hesabı ilə uduzması isə Neymarın futbol həyatında ən ağır məğlubiyyət anı olub.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz