'İz Bırakma Zamanı'
Nigeriyalı ulduz futbolçu, Çempionlar Liqasında iz qoymaq istədiklərini bildirib. Viktor Osimhen, Qalatasaray azarkeşlərinin göstərdiyi marağa diqqət çəkərək bunları söyləyib: "Qalatasaray azarkeşlərinin sevgisini görmək insanda alovlandırıcı bir hiss oyadır. Hər şəraitdə bu komanda üçün oynamaq istəyirsən. Qalatasarayı ürəkdən sevirəm və onlarla hər şeyi yaşamağa hazıram. Pis və yaxşı günlərdə, ancaq ümid edirəm ki, yaxşı günlərimiz daha çox olacaq."
"Bu il bütün dünyanın tanıyacağı bir komanda olduğumuzu göstərmək istəyirik, çünki Avropada həqiqətən də möhtəşəm bir iş gördük. Uzun illərdir ki, liqada dominantlıq edirik. Dominantlıq etməyə davam edəcəyik, lakin indi ən nüfuzlu oyunlarda, yəni Çempionlar Liqası matçlarında iz buraxmağın zamanıdır. Çempionlar Liqasında həqiqətən də fərq yaratmaq istəyirik. Bu turnirdə oynamaq möhtəşəm bir şeydir. Bu il bütün dünyanın tanıyacağı bir komanda olduğumuzu göstərmək arzusundayıq," deyə Osimhen əlavə edib.
'Kumirim Didye Droqba'
Futboldakı kumirini də açıqlayan Osimhen "Mənim futboldakı kumirim Didye Droqba idi. Onu izlədim və öz oyunumu onun oyununa bənzətməyə çalışdım. Onun necə oynadığını və futbol xaricində necə yaşadığını öyrənməyə çalışdım. Buna görə də ona minnətdar olmalıyam, çünki indiki vəziyyətimə baxsaq, uğurlarımın bir hissəsini ona borclu olduğumu düşünürəm," deyə bildirib.

                
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz