Qalatasaray-Beşiktaş derbisində Osimhen və Topçu arasında gərgin anlar
Trendyol Super Liqasının 8-ci turunda Qalatasaray və Beşiktaş komandaları arasında RAMS Parkında keçirilən derbi matçı zamanı Viktor Osimhen ilə Əmirhan Topçu arasında gərginlik yaşanıb.
Derbi matçının 40-cı dəqiqəsində sağ cinahdan topu irəli aparmaq istəyən Viktor Osimhen və Əmirhan Topçu arasında mübarizə baş verib. Bu mübarizə nəticəsində nigeriyalı ulduz futbolçu yerə yıxılıb. Osimhen bu vəziyyətdən sonra faul gözləsə də, hakim topun aut xəttini keçdiyini bildirib. Bu zaman Əmirhan Topçu ilə Viktor Osimhen arasında mübahisə yaranıb.
Komanda yoldaşları Osimheni sakitləşdirməyə çalışdı
Olduqca əsəbi şəkildə Əmirhan Topçunun üzərinə yeriyən Viktor Osimheni komanda yoldaşları sakitləşdirməyə çalışıb. Beşiktaşın qapıçısı Mərt Günok da bu gərginliyə qoşulub. Nəticədə Orkun Kökçünün təkrar-təkrar sakitləşdirməyə çalışdığı Viktor Osimhen digər futbolçuların da müdaxiləsi ilə sakitləşib və gərginlik sona çatıb.
Hakimdən hər üç oyunçuya sarı kart
Baş verən hadisələrdən sonra hakim Yasin Kol, Əmirhan Topçu, Mərt Günok və Viktor Osimheni sarı kartla cəzalandırıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz