“Pilgrim Education” Şirkətinə Qarşı Dələduzluq İddiaları Artır
Bakıda fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızına qarşı çoxsaylı tələbələri aldatma ittihamları irəli sürülüb. İddia olunur ki, şirkət tələbələrdən ödənişlər alaraq onlara xarici universitetlərdə təhsil almaq üçün saxta şərait yaradıb.
Aylin Hüseynovanın Təcrübəsi: Aldadılmış Tələbənin İfadələri
Dələduzluqla üzləşdiyini bildirən tələbələrdən biri, Aylin Hüseynova başına gələnləri danışıb. Onun sözlərinə görə, "Pilgrim Education" şirkəti ilə ilk dəfə 2023-cü ildə, universitetin üçüncü kursunda oxuyarkən tanış olub. Şirkətin Instagram səhifəsindəki paylaşımlardan xəbər tutan Hüseynova müraciət etdikdə, onun akademik göstəriciləri və könüllülük fəaliyyətlərinin DP proqramına uyğun olduğu bildirilib. Həmin vaxtlar şirkətin rəhbəri Aslanova Aisa Nəbi qızı ona Almaniya, Avstriya, İngiltərə kimi ölkələrlə yanaşı, DP proqramına və saysız-hesabsız universitetlərə müraciət paketinin 1500 AZN olduğunu qeyd edən bir siyahı təqdim edib.
Vədlər, Ödənişlər və Şübhəli Təzyiqlər
Aylin Hüseynova qeyd edib ki, 2024-cü ildə, dördüncü kursda oxuyarkən xaricdə təhsil almaq qərarına gəlib və əvvəlki məsləhətləşmələr səbəbindən yenidən "Pilgrim Education" ilə əlaqə saxlayıb. Fevral ayında İçərişəhərdə baş tutan görüşdə Aisa xanım onun valideynləri ilə birlikdə iştirak edib. O, güclü natiqlik qabiliyyəti ilə yüksək səviyyəli vədlər verərək, Aylinə DP üçün hər şeyin qaydasında olduğunu, yalnız IELTS sertifikatının çatışmadığını, lakin bunu asanlıqla əldə edə biləcəyini söyləyib. Hətta şirkət nümayəndələri Aylinə "90 faizi bizlik, 10 faizi sənlikdir" deyiblər. Ödəniş alarkən şirkət IELTS sertifikatının hələ mövcud olmadığını bilsə də, bunu nəzərə almayıb. Hüseynova əlavə edib ki, əvvəlcə qiymətlərin 2500 AZN-ə qaldırıldığını desələr də, onun imtina etməsindən sonra "xüsusi endirim" edərək 1500 AZN ödəməyi təklif ediblər. Lakin Aylin Hüseynova bir il əvvəldən 1500 AZN almağın mənasız və əsassız olduğunu vurğulayır, çünki xaricdə təhsil proseslərinin ümumi dəyəri əslində bu məbləğdən qat-qat yüksəkdir. Şirkətin əsas problemlərindən biri kimi yüksək nəticəli tələbələri cəlb etmək, onlara cəlbedici vədlər vermək, lakin sonradan proses boyu istəmədikləri yerlərə müraciət etmək üçün təzyiq göstərmək olduğu bildirilir. Bu, tələbələrin ödənişi geri istəmələrinin qarşısını almaq məqsədi daşıyır. Şirkətin əvvəlki ofisi Hökumət evinin yanındakı yüksək mərtəbəli binada yerləşirdi.
Oxucu Şərhləri
Hər bir tələbənin təhsil hüququnu təmin etmək bizim borcumuzdur. Əgər belə bir vəziyyət yaranıbsa, onda hüquqi mexanizmlər işə düşməli və günahkarlar cəzalandırılmalıdır. Bu tip məsələlər yalnız şikayətçi tərəfi deyil, həm də bu işə məsul olan bütün qurumları daha diqqətli olmağa sövq etməlidir.
Şərh Yaz