"Qalatasaray" transfer dövründə heyətini gücləndirməyə davam edir. Əvvəlcə Leroy Saneni transfer edən komanda, indi isə uzun müddətdir danışıqlar apardığı Victor Osimhen ilə də razılığa gəlib. Sarı-qırmızılıların qapıya Edersonu gətirmək istədiyi, sol cinah müdafiəçisi üçün isə Kim Min-Jae ilə maraqlandığı bildirilir.
Kim Min-Jae "Qalatasaray"ın radarına düşüb"Türkiye Gazetesi"nin məlumatına görə, "Qalatasaray" bir müddət "Fənərbaxça"da çıxış etmiş Kim Min-Jae ilə maraqlanır.
Hazırda "Bayern Münhen"də çıxış edən 28 yaşlı Cənubi Koreyalı futbolçunun şərtləri ilə maraqlanan "Cimbom"a Alman komandasından "Görüşək" cavabı gələrsə, danışıqlara başlanılacağı bildirilib.
"Fənərbaxça" Kim Min-Jaeni 3 milyon avroya almışdı"Qalatasaray"ın Cənubi Koreyalı müdafiəçi üçün satınalma opsiyası ilə icarə təklifi edəcəyi gözlənilir. "Fənərbaxça" 3 milyon avroya transfer etdiyi Kim Min-Jaeni 2022-ci ildə "Napoli"yə 19 milyon avroya satmışdı. Kim Min-Jae, 1 mövsüm sonra isə "Napoli"dən 50 milyon avroya "Bayern Münhen"ə transfer olmuşdu.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz