Rafa Silva ətrafında yaranan vəziyyət təkcə "Beşiktaş"ı deyil, bütün Türkiyə futbol ictimaiyyətini maraqlandırır. Portuqaliyalı futbolçunun adı bir daha "Qalatasaray" ilə hallanmağa başlayıb. İlk iddialarda "Niyə də olmasın?" mövqeyində olan "Qalatasaray" rəhbərliyi bu dəfə Rafa Silva məsələsinə o qədər də müsbət yanaşmır və "Onun yaşadığı problemlər göz önündədir. Bu qədər problemli birindən bizə fayda gəlməz" fikrini ortaya qoyub.
## Forması da lazım deyil!Bir müddət əvvəl "Beşiktaş"ın prezidenti Sərdar Adalı "Qalatasaray ancaq Rafa Silvanın formasını ala bilər" ifadəsini işlətmişdi. Lakin indiki vəziyyətdə formasını belə istəməyən bir "Qalatasaray" var. Baş məşqçi Okan Burukun da veto etdiyi portuqaliyalı futbolçu üçün "Qalatasaray"ın heç bir təşəbbüs göstərməyəcəyi bildirilir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz