Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub
Bu gecə Türkiyənin Qaziantep şəhərində yeraltı təkanlar qeydə alınıb. Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata əsasən, zəlzələnin gücü 4,5 bal olub.

Təbii fəlakət yerli vaxtla saat 03:42-də baş verib. Zəlzələnin episentri bölgənin Nurdağı rayonu ərazisində müəyyən edilib.
Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub. İlkin məlumatlara görə, hadisə nəticəsində ciddi dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Hazırda yerli hakimiyyət orqanları və AFAD-ın əməkdaşları ərazidə monitorinq aparırlar. Vətəndaşlara yalnız rəsmi məlumatlara etibar etmələri və təşvişə qapılmamaları tövsiyə olunur.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz