Keçmiş Cütlük Yenidən Bir Arada: Rafet El Roman və Tuğba Altıntop
Məşhur müğənni Rafet El Roman və Tuğba Altıntop cütlüyü 1996-cı ildə ailə həyatı qurmuşdu. İki qız övladı olan bu cütlüyün evliliyi 2003-cü ildə qalmaqallı şəkildə boşanma ilə başa çatmışdı. Uzun illərdir yolları ayrılan eks-həyat yoldaşları illər sonra ilk dəfə müğənninin ad günü mərasimində bir araya gəlib.
Tuğba Altıntopdan Həyat Yoldaşına Təbrik
Tuğba Altıntop, keçmiş həyat yoldaşı Rafet El Roman ilə çəkdirdiyi fotonu özünün "Instagram" səhifəsində paylaşıb. Bu paylaşım mediada geniş rezonans doğurub. O, fotoya "Hər zaman sevgi ilə... Yaxşı ki, doğuldun" qeydini əlavə edərək keçmiş ərinə olan hörmətini və xoş münasibətini ifadə edib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz