DİDDY NƏ İLƏ TƏQSİRLƏNDİRİLİRDİ?
Şon Kombs, digər adları ilə Puff Daddy və P Diddy, 2024-cü ilin sentyabrında beş ağır ittihamla üz-üzə qaldı. Bunlara rüşvət və mütəşəkkil cinayətkarlıqda əlbir olmaq, iki dəfə məcburi və ya hədə ilə seks ticarəti və iki dəfə fahişəlik üçün daşıma daxil idi. Kombs bütün ittihamları rədd edərək, cinsi münasibətlərinin qarşılıqlı razılıq əsasında olduğunu müdafiə etdi.
İTTİHAMLARI KİMLƏR İRƏLİ SÜRDÜ?
Məhkəmədə üç qadın şahid Kombsun qurbanları kimi ifadə verdi. Ən diqqətçəkən ad, məhkəmədə adı açıqlanan keçmiş sevgilisi Kassie idi. Kassie uzun illər davam edən münasibətdə yaşadığını iddia etdiyi zorakılığı və psixoloji təzyiqi ətraflı şəkildə danışdı. Digər şahidlər Mia və Ceyn isə şəxsiyyətləri gizli saxlanılaraq dinlənildi.
İDDİALAR NƏ VAXT BAŞLADI?
İddialar 2023-cü ilin noyabrında Kassienin qaldırdığı təzminat iddiası ilə başladı. Daha sonra, 2016-cı ilə aid bir otel videosu ortaya çıxdı; burada Kombsun Kassieyə qarşı zorakılıq tətbiq etdiyi iddia olunurdu. Kombs bu videonu qəbul edib üzr istəsə də, müdafiə tərəfi münasibətin mürəkkəb, lakin razılıq əsasında olduğunu irəli sürdü.
HÖKMÜ QÜVVƏDƏDİR
Diddy may ayında başlayan və Nyu-York Cənub Bölgəsi Məhkəməsində baxılan işdə iki fahişəlik cinayəti üzrə təqsirli bilinsə də, daha ağır ittihamlardan bəraət qazandı. 55 yaşlı sənətçi xüsusilə "seks ticarəti" və "şəbəkə qurma" ittihamlarından təmizləndi, lakin önündə hər biri 10 ilə qədər həbs cəzası ilə nəticələnə biləcək iki fahişəlik cinayəti üzrə hökm durur.
"FİRİK OF" HADİSƏLƏRİ NƏLƏR İDİ?
İş üzrə aparılan araşdırmalar zamanı "frik of" adlandırılan, narkotik və spirtli içkilərin də istifadə olunduğu uzun sürən cinsi partilər barədə iddialar gündəmdə idi. Kombsun bu tədbirləri təşkil etdiyi, idarə etdiyi və elektron formada qeydə aldığı bildirildi. İddialara görə, zərərçəkənlər fiziki və emosional təzyiqlərə məruz qalıblar.
JURİ SEÇİMİ NECƏ APARILDI?
Proses öncəsi müdafiə tərəfi hazırlıq üçün vaxt istəsə də, qurum bunu rədd etdi. Jüri seçimi həssaslıqla aparıldı; üzvlərin cinsəllik, narkotik və zorakılıq mövzusundakı baxışları sorğulandı. Həmçinin, işlə bağlı media təsirlərinin qarşısını almaq üçün xüsusi sorğular tətbiq edildi.
ŞAHİDLƏR NƏ DANIŞDI?
Məhkəmədə Kassie ilə yanaşı, keçmiş əməkdaşlar, təhlükəsizlik işçiləri və digər keçmiş sevgililər də Kombsun təzyiqçi və bəzən zorakı davranışlarını danışdılar. Bəzi şahidlər Kombsun hədə-qorxu və şantaj yolu ilə öz nüfuzunu qorumağa çalışdığını bildirdilər.
DİDDY NƏ DEDİ?
Kombs bütün ittihamları rədd etdi. Vəkilləri işin irqçi bir mövqe ilə aparıldığını, müvəkkilinin "güclü və zəngin bir qaradərili kişi" olduğu üçün hədəf seçildiyini müdafiə etdilər. Mürəkkəb münasibətləri və spirtli içki-narkotik istifadəsi olsa da, bunun mütəşəkkil cinayətkarlıq və ya insan alveri mənasına gəlmədiyini vurğuladılar.
CƏZA NƏ OLA BİLƏR?
Sənətçi hər biri 10 ilə qədər olmaqla, iki fahişəlik cinayətindən ümumilikdə 20 ilə qədər həbs cəzası ilə üz-üzədir. Daha ağır ittihamlardan bəraət qazansa da, cəza iclası məhkəmənin ixtiyarındadır. Həmçinin, təzminat iddiaları da davam edir.