Fənərbaxça yeni başqanını seçdi
Fənərbaxça Klubunun növbədənkənar Ümumi Qurultay Toplantısı başa çatıb. Konqresdə indiki Başqan Əli Koç ilə Səadəddin Saran başqanlıq üçün yarışdı. Səadəddin Saran, 257 səslik fərqlə Fənərbaxça Klubunun 38-ci Başqanı seçildi.
Səadəddin Saran, mandatlarını cümə axşamı və ya cümə günü alacaqlarını bildirib.
Zaqrebə köhnə rəhbərlik gedəcək
Fənərbaxça-nın yeni başqanı Səadəddin Saran, mandatlarını cümə axşamı və ya cümə günü alacaqlarını söyləyib.
Futbol komandasının çərşənbə günü Avropa Liqası matçı üçün Dinamo Zaqreb səfərinə gedəcəyini xatırladan Saran, “Heyət müəyyənləşdirildi, hazırlıqlar aparıldı. Əli Koça, ‘Siz heyətlə gedin, biz mandatı cümə axşamı və ya cümə alarıq’ dedik” açıqlamasını verib.
Avropa Liqası turniri Fənərbaxça üçün yeni sınaq meydanı olacaq.
Oyuna fransız hakim təyin olunub
Fənərbaxça-nın UEFA Avropa Liqasının ilk həftəsində Dinamo Zaqreb ilə oynayacağı qarşılaşmanı Fransa Futbol Federasiyasından Jerom Brisard idarə edəcək.
Oxucu Şərhləri
Şərh Yaz