Beşiktaşda Rafa Silva böhranı: Futbolu buraxmaq istəyir
Beşiktaş klubu son günlərdə Rafa Silva ətrafında yaranan qalmaqalla üz-üzədir. Əvvəlcə idman zalındakı məşqlərə qatılmaması, daha sonra baş məşqçi Sergen Yalçının onun oyununu tənqid etməsi vəziyyəti daha da gərginləşdirdi. Nəhayət, "Fənərbaxça" derbisi ərəfəsində vəziyyət pik həddə çatdı.
Serdal Adalı müdaxiləsi: İqna və tələblər
Portuqaliyalı ulduz futbolçu matça çıxmaq istəmədi, lakin klub rəhbəri Serdal Adalı onu razı saldı. Daha sonra keçirilən görüşdə Rafa Silva "Əhvalım çox pisdir. Meydana diqqət cəmləyə bilmirəm. Futbolu buraxmaq istəyirəm" deyərək Serdal Adalıdan icazə istədi.
"Futbolu buraxacaqdın!"
Adalı "Sezonun sonunda yenidən danışarıq" cavabını verdi. Bu görüşdən sonra Rafa Silvanın meneceri Serdal Adalıya zəng edərək "Biz, qış fasiləsində ayrılmaq istəyirik. Qalan pulumuzu ödəyin" dedi. Bu sözlər klub prezidenti Adalını əsəbiləşdirdi. Bir axşam Ümraniyədə futbolçu ilə son bir görüş keçirən Adalı ona "Sən futbolu buraxmaqdan danışırdın. İndi isə menecerin bizimlə pul söhbəti edir. Sənin məqsədin pulsuz getməkdir! Səninlə daha 1.5 illik müqaviləmiz var. Əgər 15 milyon avro gətirsən, yolun açıqdır" deyə sərt cavab verdi.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz