İdman 15.11.2025

Serdal Adalı Rafa Silvaya xəbərdarlıq etdi

Serdal Adalı Rafa Silvaya xəbərdarlıq etdi
Beşiktaşda Rafa Silva böhranı daha da dərinləşir. Portuqaliyalı ulduzun komandadan ayrılmaq istədiyi, hətta karyerasını bitirə biləcəyi barədə iddialar yayılıb.

"Futbolu buraxmaq istəyirəm"

Klub prezidenti Sərdal Adalı, Rafa Silva ilə bağlı açıqlamasında böhranın "Başakşehir" matçı ilə başladığını bildirib. Adalı, Rafa Silva-nın menecerinin görüş tələb etdiyini, daha sonra isə futbolçu ilə şəxsən danışdıqlarını qeyd edib: "Rafa, 'heç kimlə problemim yoxdur, futbolu buraxmaq istəyirəm' dedi. Bir müddət sonra isə fikrini dəyişərək 'gəldiyimdən bəri 3 prezident, 4 baş məşqçi gördüm' kimi fərqli ifadələr işlətdi".

Adalı, başından bəri futbolçunu qazanmağa çalışdıqlarını və maddi baxımdan da Rafa Silva-ya heç bir borclarının olmadığını vurğulayıb.

"3 milyon avro gətirim, məni buraxın"

Sərdal Adalı, Rafa Silva-ya hər zaman xüsusi davrandıqlarını, güzəştlər etdiklərini və bütün problemləri ilə maraqlandıqlarını bildirib. O, Rafa Silva-nın transfer dönəminə qədər matçlara çıxmasını və məşqlərdə iştirak etməsini istədiyini qeyd edib: "Rafa bu məsələdə hələlik müsbət addım atmayıb. Bu davranışdan sonra ondan fasiləyə qədər peşəkar şəkildə vəzifəsini yerinə yetirməsini istədim. Onunla uzun-uzadı danışdıq, ona olan sevgimizi izah etdik. Azarkeşlər üçün fasiləyə qədər ən yaxşısını etməsini söylədim".

Adalı, Rafa Silva-nın menecerinin "3 milyon avro gətirək, buraxın" kimi gülünc bir təkliflə gəldiyini də açıqlayıb. O, "Burası Beşiktaşdır, ayrılmaq istəyən varsa, şərtləri Beşiktaş müəyyən edər!" deyə vurğulayıb.

Adalı, Rafa Silva-nın iki seçimi olduğunu bildirib: ya müqavilə öhdəliklərini yerinə yetirəcək, ya da Beşiktaşın istədiyi transfer məbləğini gətirib klubdan ayrılacaq. Əks təqdirdə, pulunu ödəyib onu oturtmağa hazır olduqlarını söyləyib.

"İlk danışıqda problem var idi"

Beşiktaşın baş məşqçisi Sergen Yalçın da yaşanan böhranın kulisindən danışıb. O, vəzifəyə gəldiyi ilk gün Rafa Silva-nın "mən düşərgəyə zorla gəldim, futbolu buraxmağı düşünürəm, qalmaq istəmirəm" dediyini bildirib. Yalçın, Rafa Silva-nın dəyərli oyunçu olduğunu və ona hər cür şəraiti yaratmağa hazır olduqlarını söylədiyini qeyd edib.

Sergen Yalçın, bir ay sonra Rafa Silva-nı yenidən yanına çağırdığını, ona ehtiyac olduğunu izah etdiyini, ancaq Kasımpaşa matçı həftəsi problemin həll olunmayacaq bir həddə çatdığını bildirib. Sergen Yalçın, Rafa Silva-nın birbaşa məşqlərə çıxmayacağını və matçlarda oynamayacağını söylədiyini də əlavə edib.

Menecerə irad

Sergen Yalçın, Rafa Silva-nın qapılarının hələ də açıq olduğunu, lakin menecerinin davranışlarını qəbul etmədiyini bildirib. O, Rafa Silva-nın menecerinin davamlı olaraq klubu təhdid etdiyini və bu vəziyyətin "Heç kim Beşiktaşdan böyük deyil" prinsipinə zidd olduğunu vurğulayıb.

Yalçın, oyunçunun peşəkar futbolçu kimi davranmadığını, problemin onlarla əlaqəli olmadığını və vəziyyətə üzüldüklərini bildirib. O, həmçinin oyunçudan niyə belə davrandığını soruşmağı tövsiyə edib. Rafa Silva ilə bağlı bu gərgin vəziyyət Beşiktaş azarkeşlərini narahat etməyə davam edir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz