Məşhur müğənni Zeynep Bastıkın şəxsi həyatı
2022-ci ildə reklamçı Tolqa Akışdan ayrılan müğənni, daha sonra iş adamı Ali Can Ayyıldızla münasibətdə olub. Bu münasibət qısa sürsə də, Bastık bunu "Münasibətlər başlayır və bitir. Əhvalımız yerindədir, hər kəsin əhvalı yerindədir. Həyatda belə şeylər olur. Bitməməsini arzulayırıq, lakin bitənə çarə yoxdur" sözləri ilə şərh etmişdi.
Serkay Tütüncüdən Zeynep Bastıka romantik təbrik
Müğənni 2024-cü ilin may ayında aktyor Serkay Tütüncü ilə eşq yaşamağa başlayıb. Birlikdəlikləri davam edən məşhur cütlükdən Bastık 32-ci ad gününü qeyd edib. Aktyor sosial şəbəkədə sevgilisi üçün romantik paylaşım edib.
Zeynep Bastıkın rəqs etdiyi anları yayımlayan Serkay Tütüncü, "Sən həmişə xoşbəxt ol. Həmişə rəqs et! Qalanını mən həll edərəm. Yengəm mənim. Səni çox sevirəm! Yaxşı ki doğulmusan" ifadələrini işlədib.
Bastık da aktyorun paylaşımını öz hesabında "Sevgilim. Yaxşı ki doğulmuşam ki, səni tapmışam" qeydi ilə dərc edib.