Sinan Akçılın maqazin gündəmini silkələyən açıqlamaları
Bu yaxınlarda Ece Erkenlə gözlənilməz eşq macərasına yelkən açan pop müğənnisi maqazin gündəminə bomba kimi düşmüşdü. Lakin cütlüyün sevgisi qısa çəkmiş, onlar sosial media hesabları vasitəsilə ayrıldıqlarını elan etmişdilər. Bütün bu hadisələr hələ də aktuallığını qoruduğu bir vaxtda, sənətçi bu dəfə keçmiş sevgilisi pop divasına göndərmə tipli bir paylaşım edib. Məşhur sima pop divasının iddialı konsert görüntülərindən sonra "Şəffaf köynəyin yoxdur" sözləri ilə yenidən diqqətləri özünə cəlb edib.
Səhnə geyimləri ilə Hadisəyə göndərmə
Harbiye Açıkhavada səhnə geyimləri və rəqsləri ilə mediada böyük səs-küyə səbəb olan müğənni sosial şəbəkə istifadəçilərini iki düşərgəyə bölmüşdü. Ünlü sənətçinin bu səhnə performansı, onun keçmiş sevgilisini də laqeyd qoymamışdı.
Müğənni Van konserti ərəfəsində aşağıdakı paylaşımı edib:
"Səhnədə erotik rəqsim yoxdur, şəffaf kişi pop ifaçısı köynəyim də yoxdur. Lakin baxın görək, Çərşənbə günü Vanda, yaxud Şənbə günü Ordu/Ünyedə nələr olacaq... İlk dəfə getdiyim şəhərlərdə bütün bunlar olmadan da tamaşaçı rekordlarını qırmağa davam edirəm. Allaha şükürlər olsun. Məni beləcə qəbul edin."
Sənətçinin bu sözləri birbaşa pop divasına göndərmə kimi qəbul edilib. Konsertlərinə Harbiye Açıkhavada başlayan ifaçı, İstanbuldan sonra Türkiyənin müxtəlif şəhərlərində çıxış edir.