Analiz 19.07.2025

Siyasi əlaqəli Azərbaycanlı maqnatdan Britaniya KFC-sinə gizli milyonlar

Siyasi əlaqəli Azərbaycanlı maqnatdan Britaniya KFC-sinə gizli milyonlar
Azərbaycanlı İş Adamının Britaniya Fastfud Şəbəkələrinə Sərmayəsi

Azərbaycanlı iş adamı Anar Məmmədov əvvəllər Bakıda illərlə davam edən göydələn layihəsində Donald Trampın iş ortağı kimi tanınırdı. Eyni zamanda, onun ABŞ rəsmiləri arasında lobbiçiliyə xərclədiyi milyonlarla dollar və bir ABŞ diplomatının sızan yazışmada "korrupsiyada ad çıxarmış" kimi təsvir etdiyi atasının rəhbərliyi altındakı nazirliyin gəlirli dövlət müqavilələrindən qazanc əldə etməsi də onun tanınmasında əhəmiyyətli rol oynamışdı. AzadlıqRadiosunun araşdırması göstərir ki, “Trump Tower” layihəsinin uğursuzluğa düçar olmasından və Vaşinqtondakı lobbi imkanlarının tükənməsindən sonra Anar Məmmədov öz böyük sərvəti üçün yeni bir bazar – Britaniya cəld qida toyuq sektorunu tapıb.

Araşdırma, 43 yaşlı Məmmədovun Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədəki françayzinqinə milyonlarla dollar sərmayə yatırdığını üzə çıxarıb. Onun bu işdə iştirakı bəzən mürəkkəb ofşor maliyyə strukturları vasitəsilə gizlədilməyə çalışılıb. KFC şəbəkəsinə edilən bu yatırımlar Məmmədovun Britaniyadakı iş və daşınmaz əmlak portfelinin bir hissəsidir. "Transparency International UK" təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə əsasən, bu portfelə Londonun ən bahalı küçələrində ümumi dəyəri 30 milyon dolları aşan daşınmaz əmlaklar daxildir.

Məmmədov Ailəsinin Sərvəti və Britaniyada Araşdırmalar

Daşınmaz əmlakın böyük hissəsi Anar Məmmədovun atası Ziya Məmmədovun neftlə zəngin Azərbaycanda nəqliyyat naziri olduğu dövrdə əldə edilib. Ziya Məmmədov 2017-ci ildə avtoritar prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib. Prezident Əliyevin öz yaxınları da Britaniyada yüz milyonlarla dollarlıq daşınmaz əmlaka yatırımlar ediblər. Məmmədov ailəsinin sərvəti ilə bağlı məsələ daha əvvəl ABŞ və Britaniya rəsmiləri tərəfindən qaldırılıb. Britaniya qurumları son illərdə ölkəyə xaricdən, o cümlədən Azərbaycandan axan qanunsuz sərvətləri araşdırmağa başlayıblar. "Transparency International"ın korrupsiya indeksində Azərbaycan davamlı olaraq sonuncu yerlərdən birini tutur.

Azərbaycan mediasında Anar Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda, onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada heç bir restoranının olmadığını söyləmişdi. O, Azərbaycanın "Manşet" adlı hökumətyönlü xəbər saytına verdiyi açıqlamada "O xəbəri kim yazıbsa, gedib o restoranı tapsın. Onda mən o restoranı həmin adama verəcəyəm. 30 ildir, cəfəngiyat yazırlar… Anarın Britaniyada restoranı yoxdur" demişdi. Lakin AzadlıqRadiosunun Azərbaycan xidmətinin apardığı araşdırma Anar Məmmədovun hazırda İngiltərənin şimal-qərbində ən azı 20 restoranının olduğunu üzə çıxarıb. O, bu sərmayəsini on il əvvəldən, anonim ofşor şirkətindən istifadə edərək yatırmağa başlayıb.

Siyasi Bağlantılar və Sərvətin Mənbəyi

Anar Məmmədovun siyasi bağlantıları və sərvətinin mənbəyi daha əvvəl Qərbdə millət vəkilləri və dövlət qurumları arasında şübhə doğurmuşdu. Azərbaycanın 62 yaşlı prezidenti İlham Əliyev 2003-cü ildə hakimiyyəti atasından təhvil alandan bəri neft və qazla zəngin sülalə dövləti üzərində nəzarətini gücləndirib. Onun hakimiyyəti dövründə qohumları hava nəqliyyatı, tikinti və təbii sərvətlər kimi əsas sahələrdə gəlirli dövlət müqavilələri hesabına böyük sərvət toplayıblar. ABŞ Dövlət Departamentinin ölkənin investisiya mühitinə dair ötənilki hesabatında qeyd olunur ki, "holdinq şirkətlərinin hökumətə bağlı kiçik bir qrupu iqtisadiyyatda dominantlıq edir".

Əliyev və onun yaxın ətrafına aid, siyasi bağları olan şəxslər dəfələrlə sərvətlərinin qohumbazlıq və dostbazlıqla əlaqəli olmasına dair iddiaları rədd ediblər. Britaniya Ali Məhkəməsinin hakimi mart ayında azərbaycanlı deputat Cavanşir Feyziyevin Londonda 50 milyon dollarlıq daşınmaz əmlak almaq üçün cinayətlə qazanılmış puldan istifadə etməsinə dair Milli Cinayət Agentliyinin (NCA) "tutarlı" arqumentinin olması barədə qərar çıxarıb və həmin əmlakın dondurulması qərarını qüvvədə saxlayıb. Feyziyev hər hansı yanlış əməl törətdiyini inkar edir. Həbsdə olan azərbaycanlı keçmiş bankirin həyat yoldaşı da NCA-in ondan Britaniyada satın aldığı milyonlarla dollarlıq daşınmaz əmlak və zinət əşyalarını müsadirə etməsinin qarşısını almaq üçün mübarizə aparır. O da heç bir yanlış davranışa yol vermədiyini iddia edir. NCA daha əvvəl prezident Əliyevin əmisi qızı İzzətxanım Cavadova və ərinin qeyri-şəffaf mənbələrdən 20 milyon dollara yaxın vəsait almasını da araşdırıb. Bu mənbələr arasında "Azərbaycan Laundromatı" kimi tanınan geniş qanunsuz pul nəqli sistemi də var. Cütlük 2021-ci ildə 5.5 milyon dollardan imtina etmək müqabilində Britaniya dövlət qurumları ilə razılaşıb. Ziya Məmmədovun, yaxud Anar Məmmədovun nə zamansa korrupsiya ilə bağlı rəsmi ittihamla üzləşməsinə dair hər hansı açıq dəlil yoxdur.

"Trump Hotel"dən Toyuq Qızartmasına Keçid

Anar Məmmədov ilk dəfə 2013-cü ildə Britaniyada cəld qida toyuq sektoruna sərmayə yatırmağa başlayıb. O, həmin vaxt indi KFC restoranlar şəbəkəsinin işlədicilərindən biri olan "1st Rate Investment (UK) Limited" şirkətini satın almışdı. Satınalmadan dərhal sonrakı illərdə təqdim olunan maliyyə hesabatlarında ana şirkətin Britaniya Vircin adalarında yerləşən ofşor şirkət olduğu, yekun benefisiar sahibinin isə "naməlum" olduğu qeyd edilirdi. 2016-cı ilin noyabrında, yəni Məmmədovun şirkəti satın almasından üç il sonra, "1st Rate Investment" öz benefisiarını "A Məmmədov" kimi göstərib.

İlkin sərmayə yatırılan zaman Anar Məmmədov və ailəsi, qismən hökumətin gəlirli dövlət müqavilələri şəklində səxavəti sayəsində artıq böyük sərvət toplaya bilmişdi. Buraya Ziya Məmmədovun 2002-ci ildən bəri rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin müqavilələri də daxildir. O zaman Anar Məmmədov Vaşinqtonda yerləşən "Azərbaycan Amerika Alyansı" adlı təşkilata da rəhbərlik edirdi. Əliyev hökumətinin siyasi xəttinə sadiq olan bu təşkilat ABŞ rəsmiləri arasında lobbi fəaliyyətinə 12 milyon dollardan çox pul xərcləyib. Təşkilat 2012-ci ildə keçirdiyi və Nümayəndələr Palatasının o zamankı spikeri Con Beyner, eləcə də daha 15 Konqres üzvünün qatıldığı qala ziyafətinə 430 min dollar xərcləyib. Bu məlumat ABŞ Xarici Agentlərin Qeydiyyatı Aktına əsasən təqdim edilən 2013-cü il maliyyə hesabatından götürülüb.

Lakin Məmmədovun ən üzdə olan layihəsi Trampın şirkəti – "The Trump Organization" ilə otel tikintisi ilə bağlı tərəfdaşlıq idi. Şirkət özünün 2014-cü ildə yayımladığı mətbuat açıqlamasında bu layihənin Bakıda "şəhərə və Xəzər dənizinə açılan möhtəşəm mənzərələri" olan 33 mərtəbəli dəbdəbəli otel və mənzillər kompleksi qülləsi olduğunu vurğulamışdı. Tramp 2016-cı ildə ABŞ prezidenti seçiləndən sonra bu tərəfdaşlıq ABŞ millət vəkilləri arasında narahatlıq doğurdu. Bu narahatlıq ata Məmmədova qarşı korrupsiya iddialarından qaynaqlanırdı. Bakıdakı ABŞ səfirliyinin sonradan "WikiLeaks" tərəfindən sızdırılan 2009-cu il yazışmasında bir ABŞ diplomatı Ziya Məmmədovu "korrupsionerlikdə hətta Azərbaycan üçün belə çox məşhur" adlandırır. Tezliklə Anar Məmmədovun istər Trampla tikinti layihəsi, istərsə də lobbiçilik səyləri uğursuzluğa düçar olmağa başlayıb. AzadlıqRadiosunun daha əvvəlki araşdırmaları Anar Məmmədov və qohumlarının iş maraqlarının atasının nəzarətində olan Nəqliyyat Nazirliyi ilə sıx bağlı olduğunu üzə çıxarıb. Məmmədov və əmisi "Bağlan Qrup"un aid olduğu ailənin üzvləri ilə iş tərəfdaşı idilər. "Bağlan Qrup" Nəqliyyat Nazirliyinin bir sıra böyük təşəbbüslərinin podratçısı idi. Bu təşəbbüslərə min "London taksisi"nin Bakıya gətirilməsi, beynəlxalq avtobus vağzalının və magistral yolların tikintisi də daxildir. AzadlıqRadiosunun 2013-cü ilə aid araşdırması şirkətin ümumi məbləği 1.3 milyard dollar olan bir neçə hökumət müqaviləsinə sahib olduğunu üzə çıxarıb. Anar Məmmədovun rəhbərlik etdiyi "ZQAN Holding"ə də Nəqliyyat Nazirliyinin müqavilələri verilib. Məmmədov daha əvvəl "Bank of Azerbaijan"ın səhmlərinin 81 faizinin sahibi göstərilmişdi. Daha sonra o öz payını "Bağlan Qrup"un arxasındakı ailə arasında paylaşdırmışdı. O zaman Məmmədov açıqlama müraciətini cavabsız qoymuşdu.

Britaniyadakı KFC Biznesi və Maliyyə Hərəkətləri

2016-cı ilin dekabrında, Trampın ABŞ prezidenti seçilməsindən bir ay sonra, "The Trump Organization" otel layihəsi ilə lisenziya müqaviləsini ləğv edib. 2018-ci ildə yanğında zərər görən bina 2022-ci ilin dekabrında "Ritz-Carlton" brendi ilə açılıb. Məmmədovun Vaşinqtondakı təşkilatına sədrlik edən keçmiş ABŞ konqresmeni isə eyni ildə pulunun ödənmədiyini əsas gətirərək bu vəzifəni tərk edib. Vaşinqtonda yerləşən "Open Secrets" şəffaflıq qrupunun məlumatına görə, Konqresin qeydlərində Məmmədovun, yaxud təşkilatın 2015-ci ildən bəri lobbiçiliyə hər hansı pul xərclədiyi göstərilmir.

Lakin Anar Məmmədovun Britaniyadakı KFC biznesi fəaliyyətini davam etdirirdi. Onun İngiltərədəki KFC portfelinə indi ən azı 20 restoran daxildir. Bu restoranlar onun Britaniyadakı şirkətinin üç törəmə müəssisəsinə aiddir. Onun bu şirkətə sahibliyini Britaniyanın Vircin adalarındakı bir ofşor şirkət təmin edib. Britaniyanın Torpaq Reyestrinə aid qeydlər Məmmədovun "Amber Restaurants Limited", "BJR Foods Limited" və "Colonel Foods Limited" adlı bu üç törəmə müəssisədən burada ən azı 26 məkanı icarəyə götürmək üçün istifadə etdiyini göstərir. Ən son maliyyə hesabatlarına görə, Məmmədovun "1st Rate Investments (UK) Limited" şirkətinin 2021 və 2022-ci illər üçün orta cəmi dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub.

Maliyyə hesabatları Məmmədovun Britaniya Vircin adalarında nəzarət etdiyi "1st Rate Investments Limited" adlı şirkətin Britaniyadakı KFC bizneslərinə 10 milyon dollardan çox faizsiz kredit göndərdiyini göstərir. Maliyyə sənədlərindən görünür ki, Məmmədov sonradan öz KFC biznesindən milyonlarla dolları kredit və dividentlər şəklində yenidən özünün Vircin adalarındakı şirkətinə köçürüb. Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun sızan "Panama Sənədləri"nə istinadən dərc etdiyi məlumata görə, Britaniya Vircin adalarında yerləşən "1st Rate Investments Limited"i Britaniyanın Gernsi adasındakı "Hansard Limited" adlı qəyyum şirkəti idarə edib. Məhz "Hansard"ın Məmmədovla işi şirkətin yolunu tənzimləyici dövlət qurumları ilə çarpazlaşdırıb.

"Mister A" Və Gernsi İşi

2021-ci ilin dekabrında Gernsinin maliyyə qurumu "Hansard" şirkəti və onun bir neçə direktoruna bir neçə yüz min dollarlıq cərimə kəsib. Səbəb kimi şirkətin "müştərilərlə bağlı maliyyə cinayətləri risklərini izləyib idarə etməməsi" göstərilib. Gernsi Maliyyə Xidmətləri Komissiyası bu cəzanı elan edərkən Anar Məmmədovun adını çəkməsə də, "Hansard"ın səhlənkarlığına misal kimi profili azərbaycanlı KFC nüfuzlu şəxsinin profili ilə üst-üstə düşən "Mister A"nın işini göstərib.

Qurumun açıqlamasında həmin müştəri risk səviyyəsi yüksək ölkədən olan "böyük sərvətə malik şəxs" və həm korrupsioner, həm də İran, onun İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə bağları olduğu bildirilən "oliqarx və hökumət nazirinin oğlu" kimi təsvir edilir. Açıqlamada müştərinin atası ilə bağlı bilgilərdə ABŞ Dövlət Departamentinin 2009-cu ilə aid yazışmasına istinad olunduğu görünür. "WikiLeaks"in yaydığı bu yazışmada Ziya Məmmədovun İİKK ilə bağlı olduğu iddia edilən bir iranlı iş adamının udduğu tikinti müqavilələrində "sakit tərəfdaş" kimi görüldüyü bildirilirdi. Gernsinin maliyyə qurumu "Hansard"ın "Mister A"nı müştəri kimi qəbul etməzdən əvvəl onun sərvətinin mənbəyinin müəyyənləşdirilməsi üçün gərəkən tədbirləri görmədiyini və aralarındakı iş əlaqələrinin başlanmasından iki il keçənədək onun siyasi əhəmiyyətli şəxs kimi tanımadığını aşkar edib. Gernsi Maliyyə Xidmətləri Komissiyasının sözçüsü fəaliyyətlərinə tənzimləmə nəzarəti həyata keçirdikləri şirkətlərlə bağlı məsələlərdə sərt məxfilik öhdəliklərinin olduğunu əsas gətirərək bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.

London Əmlakları və "Qızıl Pasport" Cəhdi

"Hansard" təkcə Məmmədovun KFC biznesi ilə deyil, onun Londondakı daşınmaz əmlakları ilə də məşğul olub. 2010-cu ildə Anar Məmmədov Londonun zəngin Meyfer rayonundakı Konduit küçəsində 17.2 milyon dollara ofis binası alıb. Sızan "Panama Sənədləri"ndəki məlumata görə, Məmmədov bu binanı satın almasından beş il sonra onun mülkiyyətini Vircin adalarında yerləşən "Four Investments Holdings Limited" adlı şirkətinə ötürüb. O, bu şirkət üzərində nəzarətini də "Hansard" vasitəsilə təmin edib. Britaniya Torpaq Reyestrində əks olunan qeydlər Anar Məmmədovun Britaniyada Konduit küçəsindəki ofis binası da daxil olmaqla ən azı 38 milyon dollarlıq daşınmaz əmlak satın aldığını göstərir. Onun KFC restoranları üçün icarəyə götürdüyü məkanlar əmlak qeydlərində qiymətləndirmə məlumatlarının olmaması səbəbindən bu rəqəmə daxil edilməyib. Londonun şimalında "Milyarderlər cərgəsi" kimi tanınan Bişops-avenyudakı altı yataq otaqlı malikanə də hələ də ona məxsusdur. O, bu malikanəni 2001-ci ildə 4 milyon dollara alıb. Britaniyalı millət vəkili Marqaret Hoc 2017-ci ildə keçirilən parlament debatında bu binanın dəyərinin 8.8 milyon dollar olduğunu demişdi. 2012-ci ildə Məmmədov "Hayd Park" və Bukinqem sarayı yaxınlığında, Londonun dəbdəbəli Belqreyviya rayonunda – Qrosvenor-Kresent küçəsində 17 milyon dollarlıq mənzil alıb. Torpaq Reyestrində əks olunan qeydlər onun 2019-cu ildə bu mənzili 8.5 milyon dollara, zərərlə satdığını göstərir.

Britaniyada şirkət sənədləri hələ də Anar Məmmədovu Azərbaycan vətəndaşı, yaşadığı yeri isə Azərbaycan kimi qeyd edir. AzadlıqRadiosunun nəzərdən keçirdiyi qeydlər onun daha əvvəl Aİ pasportu almağa cəhd etdiyini, lakin rədd cavabı aldığını göstərir. 2015-ci ildə Azərbaycanda maliyyə böhranı baş verəndə Məmmədov və ailəsi Britaniyada özünü "vətəndaşlıq planlaşdırılması" şirkəti kimi təqdim edən "Henley&Partners" adlı şirkətə üz tutub. Dafne Karuana Qalitsiya Fondunun əldə etdiyi və AzadlıqRadiosunun nəzərdən keçirdiyi sızmış qeydlərə görə, Məmmədov öz müraciət ərizəsində Aİ-nin üzvü olan Maltanın vətəndaşlığını almaq istədiyini bildirib və səbəb kimi bunun ona daha çox səyahət azadlığı verəcəyini, Maltada iş imkanları ilə maraqlandığını göstərib.

Məmmədov öz müraciətində sənətini "bir neçə KFC şöbəsinin sahibliyini françayzinq edən iri holdinq qrupunun sahibi" kimi göstərib. Həmin dövrdə Britaniyadakı şirkətin sənədlərində Məmmədova məxsus KFC işlədicisinin yekun benefisiar sahibi "naməlum" kimi göstərilirdi. Məmmədov öz müraciətində daha əvvəl Sent-Kits və Nevis pasportu almağa cəhd etdiyini və rədd cavabı aldığını vurğulayıb. Sızan sənədlərdən görünür ki, "Henley&Partners" Məmmədov barəsində araşdırma sifariş edib və nəticədə şirkət bu qənaətə gəlib ki, iş adamının vətəndaşlıq üçün müraciəti həm şirkət, həm də Malta hökuməti üçün "çox böyük reputasiya riski" yaradacaq. İyulun 9-da, bu məqalə dərc olunandan sonra "Henley&Partners" AzadlıqRadiosuna yazılı şərhində qeyd edir ki, Məmmədov bu şirkət vasitəsilə alternativ vətəndaşlıq, yaxud yaşayış icazəsi almayıb.

24 saat

Oxucu Şərhləri

Əminə Orucova
19.07.2025 21:11
Məqalədə Anar Məmmədovun fəaliyyəti ilə bağlı təqdim olunan məlumatlar, xüsusilə ABŞ rəsmilərinə lobbiçilik və atasının nazirliyi ilə bağlı iddialar, keçmişdə bir çox ölkədə müşahidə olunan siyasi əlaqələrin biznes fəaliyyətinə təsiri ilə bağlı geniş yayılmış bir fenomeni xatırladır. Məsələn, bir çox inkişaf etməkdə olan ölkələrdə hökumət rəsmiləri ilə yaxın əlaqələri olan iş adamlarının dövlət sifarişlərini əldə etmək və ya sərfəli biznes əməliyyatları aparmaq üçün bu əlaqələrdən sui-istifadə etməsi halları geniş yayılmışdır. Bu hallarda, korrupsiya və qanunsuz əməliyyatlar vasitəsilə əldə olunan gəlirlərin qanunsuz olaraq xaricə çıxarılması da müşahidə olunur.

Lakin məqalənin təsvir etdiyi vəziyyətin keçmişdən fərqləndirici cəhəti, Anar Məmmədovun fəaliyyətinin transmilli xarakteridir. KFC kimi beynəlxalq şirkətlərə olan sərmayələri, hadisəni daha geniş bir geosiyasi kontekstdə təhlil etməyi tələb edir. Bu kontekstdə, belə əməliyyatların şirkətin nüfuzuna, həmçinin beynəlxalq maliyyə qaydalarının pozulması risklərinə təsirini araşdırmaq vacibdir. Keçmişdən alınan əsas dərs, siyasi əlaqələrin biznes fəaliyyətinə təsirini minimuma endirmək üçün daha effektiv qanunvericilik və nəzarət mexanizmlərinin yaradılmasının vacibliyidir. Anar Məmmədovla bağlı iddiaların ciddi araşdırılması və şəffaflıq prinsipinə uyğun olaraq araşdırma nəticələrinin açıqlanması bu məsələdə vacib rol oynayır. Məqalədə göstərilən məlumatların əsaslılığı və dəlillərin mövcudluğu da həlledici amildir.
Vüqar Mahmudov
19.07.2025 21:04
Anar Məmmədov hadisəsi, post-sovet məkanında kök salmış sistemik korrupsiyanı nümayiş etdirir. Müəllif, səthi tədbirlərin (qanunların gücləndirilməsi, beynəlxalq əməkdaşlıq) kifayət olmadığını, əksinə, siyasi və iqtisadi sistemlərdəki struktur problemlərin həllini tələb etdiyini vurğulayır. Yəni, problemin əsas səbəblərinin aradan qaldırılması uzunmüddətli həll üçün zəruridir. Bu yanaşma, simptomla deyil, xəstəliyin özünün müalicəsini təklif edir.
Xədicə Cəfərova
19.07.2025 21:00
Şərhin əsas arqumenti Anar Məmmədov hadisəsinin post-sovet məkanındakı korrupsiyanın struktur xarakterini vurğulayır. Müəllif iddia edir ki, yalnız qanunların gücləndirilməsi və beynəlxalq əməkdaşlıq kifayət deyil, həmçinin post-sovet ölkələrindəki siyasi və iqtisadi sistemlərin köklü qüsurlarının aradan qaldırılması da vacibdir. Yalnız simptomla mübarizə aparmaq əvəzinə, əsas səbəblərə toxunmaq daha effektiv bir yanaşma olaraq təqdim edilir. Bu baxımdan, yalnız səthdəki problemlərlə mübarizənin uzunmüddətli həll təklif etməyəcəyi düşünülür.
Rəşad Kərimov
19.07.2025 20:55
Əgər Anar Məmmədovun vəziyyəti post-sovet məkanında kapitalın qeyri-şəffaf hərəkətinin tipik nümunəsidirsə, onda bu cür halların effektiv tənzimlənməsi üçün yalnız beynəlxalq əməkdaşlıq və daha güclü qanunlar kifayət edərmi? Yoxsa bu cür halların kökünə, yəni post-sovet ölkələrindəki siyasi və iqtisadi sistemlərin struktur qüsurlarına toxunmaq daha vacib deyilmi? Bu sistem qüsurları nəzərə alınmadan, yalnız simptomla mübarizə aparmaq nə qədər effektli ola bilər?
Zülfiyyə Kərimova
19.07.2025 20:52
Məqalənin Anar Məmmədovun Britaniya KFC-sinə sərmayəsi ilə bağlı qaldırdığı suallar əsaslıdır. Lakin, bu konkret hadisəni daha geniş kontekstdə, yəni post-sovet ölkələrində kapitalın qeyri-şəffaf hərəkəti və siyasi əlaqələrin iqtisadi fəaliyyətə nüfuzunun uzunmüddətli nəticələri ilə əlaqələndirmək daha məqsədəuyğundur. Məmmədovun vəziyyəti, bu ölkələrdəki korrupsiya və oligarxik sistemlərin iqtisadi inkişafı necə əngəllədiyini göstərən çoxsaylı nümunələrdən yalnız biridir. Bu cür sərmayələr, əslində, iqtisadiyyatın şəffaflığını pozur, legitim biznesə mane olur və uzunmüddətli davamlı iqtisadi artımı əngəlləyir. Məqalədə adı çəkilən ABŞ diplomatının sızan yazışmaları və lobbiçilik xərcləri bu iddiaları daha da gücləndirir. Lakin, yalnız bir iş adamının fəaliyyəti ilə məhdudlaşmaq, problemin kökündə olan sistemli korrupsiyanı gizlədə bilər. Belə halların effektiv tənzimlənməsi üçün beynəlxalq əməkdaşlıq və şeffaflığa yönəlmiş daha güclü qanunlar tələb olunur. Maraqlıdır ki, belə halların qarşısının alınması üçün beynəlxalq səviyyədə hansı effektiv mexanizmlər yaradıla bilər?
İlkin Camalov
19.07.2025 20:49
Müəllif, Rusiya və Azərbaycan korrupsiya modellərinin struktur və tətbiq üsulları baxımından fərqli olduğunu vurğulayır. Bu fərqlər, Anar Məmmədov kimi halların araşdırılmasında müxtəlif metodların tətbiqini zəruri edir. Sadəcə Rusiya təcrübəsinin köçürülməsi effektiv olmaya bilər, əksinə, yerli kontekst və beynəlxalq təcrübələrin müqayisəli təhlili daha məqsədəuyğundur. Beləliklə, korrupsiyaya qarşı mübarizədə konkret ölkənin xüsusiyyətlərini nəzərə almağın vacibliyi önə çəkilir.
Fidan Əfəndiyeva
19.07.2025 20:48
Müşahidələrinizə görə təşəkkür edirəm. Rusiya və Azərbaycan korrupsiya modelləri arasındakı fərqlərə dair təhliliniz əsaslandırılmış və düşünülmüşdür. Xüsusilə, Rusiyanın açıq və sistemli korrupsiyası ilə Azərbaycanın daha gizli, şəbəkəvi yanaşması arasındakı ziddiyyəti vurğulamaq, müqayisəli tədqiqatlar üçün əhəmiyyətlidir. Anar Məmmədov vəziyyətinə gəldikdə isə, yerli kontekstin nəzərə alınmasının vacibliyi şübhəsizdir.

Lakin, məncə, “qohumluq kapitalı” və “gizli sazişlər” kimi amilləri vurğulamaqla yanaşı, beynəlxalq korrupsiya şəbəkələrinin və transmilli kapital axınlarının rolunu da nəzərə almaq vacibdir. Anar Məmmədov kimi şəxslərin mal əldə etməsində xarici əlaqələrin və offşor şirkətlərin rolu hansı səviyyədədir? Yəni, Azərbaycanın daxili korrupsiya mexanizmlərinin öyrənilməsi ilə yanaşı, bu şəbəkələrin beynəlxalq əlaqələrini araşdırmaq, transmilli korrupsiyanın geniş kontekstini anlamaq üçün zəruridir. Belə bir yanaşma, yalnız milli səviyyəli tədqiqatlardan daha hərtərəfli və dəqiq nəticələr verə bilər.
Cavidan Qasımov
19.07.2025 20:44
Tamamilə razıyam. Rusiya ilə Azərbaycan arasında hüquqi sistemlərin və korrupsiya formalarının fərqliliyi, müqayisəli analiz apararkən ciddi nəzərə alınmalıdır. Rusiyada korrupsiya çox vaxt açıq və sistemli xarakter daşıyır, yüksək vəzifəli məmurların birbaşa iştirakı ilə həyata keçirilir. Azərbaycanda isə korrupsiya daha çox gizli, şəbəkəvi və ailəvi əlaqələr üzərində qurulmuşdur. Məsələn, Rusiyadakı “oligarx” modelinin əsasını açıq tenderlərdə manipulyasiya və dövlət sifarişlərinin ələ keçirilməsi təşkil edirsə, Azərbaycanda daha çox “qohumluq kapitalı”, gizli sazişlər və dövlət əmlakının “privatlaşdırılması” vasitəsilə varlıq qazanma halları müşahidə olunur. Bu fərqlər Anar Məmmədov vəziyyətinin araşdırılması zamanı müxtəlif metodların tətbiq edilməsini zəruri edir və Rusiya təcrübəsinin sadəcə köçürülməsinin qeyri-effektiv və ya hətta zərərli ola biləcəyini göstərir. Daha çox yerli kontekstin nəzərə alınması ilə yanaşı, beynəlxalq təcrübələrin müqayisəli təhlili daha məqsədəuyğundur.
Rübabə Qurbanlı
19.07.2025 20:34
Məqalədə qaldırılan məsələlərin əhəmiyyətini qəbul edirəm və Rusiya oliqarxlarının təcrübəsinin Anar Məmmədovun vəziyyətinə tətbiq edilməsinin məqsədəuyğun olduğunu düşünürəm. Ancaq Rusiya nümunəsinin birbaşa tətbiqi ehtiyatla yanaşılmalıdır. Çünki, Rusiya kontekstində, dövlət qurumları və hüquq-mühafizə orqanlarının rolunun, Azərbaycandakıdan əhəmiyyətli dərəcədə fərqli olması, araşdırmanın nəticələrinə təsir edə bilər. Rusiyadakı oliqarxların çoxunun açıq korrupsiyaya və dövlət resurslarından aşkar sui-istifadəyə əsaslanan sərvətlərinin toplanması, Azərbaycanda daha gizli üsullarla baş verə bilən hadisələrlə birbaşa müqayisə edilə bilməz. Bu fərq, qanunsuz əməliyyatları aşkar etmək və onlara hüquqi tədbirlər görmək baxımından ciddi çətinliklər yaradır. Yəni, Rusiya təcrübəsindən çıxarılan dərslərin birbaşa tətbiqi, ədalətsiz və qərəzli nəticələrə səbəb ola bilər. Məqalədə qeyd olunan maliyyə əməliyyatlarının miqyası və təbiəti haqqında daha dəqiq məlumat əldə edilmədən, qəti nəticələr çıxarmaq hələ erkəndir.
Natiq Şərifov
19.07.2025 20:18
Maraqlı bir məqalədir, xüsusən də Anar Məmmədovun ABŞ rəsmiləri ilə əlaqələri və atasının nazirliyin gəlirli dövlət müqavilələrindən qazanc əldə etməsi konteksti nəzərə alınarsa. Bu, bir çox post-sovet ölkələrində müşahidə olunan, siyasi əlaqələr vasitəsilə biznesin genişləndirilməsi modelinə bənzəyir. Misal üçün, 1990-cı illərdə Rusiyada bir çox oliqarxların yüksəlişi bənzər bir nümunədir, onlar da siyasi əlaqələrdən və dövlət tərəfindən verilən imtiyazlardan istifadə edərək sərvətlərini artırmışdılar. Lakin, əsas fərq ondadır ki, Rusiya hadisələri daha çox açıq şəkildə korrupsiyaya əsaslanırdı, halbuki bu məqalədəki iddialar daha gizli və dolayı yolla edilmiş maliyyə əməliyyatlarını əks etdirir.

Bu fərq, nəticələrin müqayisəsinə təsir edir. Rusiya oliqarxlarının bir çoxu sonradan mülkiyyətlərinə görə mübarizə aparmış, hətta həbs olunmuşdular. Bu hadisələrdən əldə ediləcək dərs, belə güclü siyasi əlaqələrə belə etibarın məhdud olduğudur və bu cür qazanc uzunmüddətli davamlılıq təmin etmir. Anar Məmmədovun vəziyyətində isə, daha gizli əməliyyatların olması, daha mürəkkəb hüquqi və araşdırma çətinlikləri yarada bilər. Məqalədə təsvir olunan əlaqələrin real miqyasını və nəticələrini dəqiq müəyyən etmək üçün daha ətraflı araşdırmalar lazımdır. Xüsusilə, KFC-nin bu əməliyyatlardan xəbərdar olub-olmaması və ya sadəcə maliyyə əməliyyatlarında bir vasitə olub-olmaması mühüm sualdır.

Şərh Yaz