"Hər şey açıqdır"
Türkiyə təmsilçisi "Fənərbaxça"nın transfer hüquqlarını əldə etmək üçün Paris Sen-Jermenlə danışıqlarını davam etdirdiyi vaxtda, Skriniar üçün İtaliyadan, xüsusilə də Napolidən ciddi maraq olduğu iddia edilir. Futbolçu bu iddialara açıq qapı buraxıb. O, "CalcioNapoli24"ə verdiyi müsahibəsində "Napoli"də oynamaq ehtimalını qiymətləndirib. Həmyerlisi Stanislav Lobotka ilə birlikdə çıxış etməkdən məmnun olacağını vurğulayan futbolçu bildirib: "Mən "Napoli"də? Lobotka ən yaxşı dostlarımdan biridir, ona görə də baxaq... Açığını desəm, Lobotka ilə oynamaq istərdim. Hazırda mənim üçün hər şey açıqdır. Napoli ilə bağlı çıxan xəbərlər sadəcə şayiədir. İtaliyada 7.5 il yaşadım və bu ölkə üçün darıxıram. İtalyan menecerim və italyan dostlarım var, İtaliya həmişə ürəyimdədir. Bu, həm də karyeramda yeni birsələfi ola bilər."