İdman 20.08.2025

Solskyer fərqli oyun tələb edir

Solskyer fərqli oyun tələb edir

Solskyaer: "Lausann" qarşısında öz oyunumuzu qəbul etdirməliyik

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrənin "Lausann" komandası ilə qarşılaşacaq Beşiktaşın baş məşqçisi Ole Gunnar Solskyaer, komandasının oyuna hazır olduğunu və rəqibə öz oyun prinsiplərini qəbul etdirmək istədiklərini bildirib.

Norveçli mütəxəssis və orta sahə oyunçusu Uilfred Ndidi, La Tuiliere Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

Solskyaer, konfransa gecikməsinin səbəbini intensiv nəqliyyat hərəkəti ilə əlaqələndirib. Yeni transfer Uilfred Ndidi haqqında isə bunları deyib: "Ndidi çox peşəkar və yaxşı insandır. Komandamızda çatışmayan cəhətləri tamamlayacaq, lider xarakterli oyunçudur. Onun transferindən çox məmnunuq. Ndidinin komandamıza böyük töhfələr verəcəyinə əminəm".

Hər iki oyunu da səbirsizliklə gözlədiklərini qeyd edən 52 yaşlı baş məşqçi, "Rəqib komandanın yeni məşqçisi var. Güclü və inamlı komandadırlar. "Astana"ya qarşı yaxşı oyun göstəriblər. Biz onların "Astana" ilə oyununu və liqadakı matçlarını izlədik, təhlil etdik. Rəqibimizin güclü tərəflərini bilirik. Əsas məqsədimiz rəqibə öz oyunumuzu qəbul etdirmək və öz oyunumuzu oynamaqdır", - deyə bildirib.

Norveçli çalışdırıcı, "Lausann"ın təsirli oyunçularının olduğunu vurğulayaraq sözlərinə davam edib:

"Kali Sene olduqca təsirli oyunçudur. Ancaq futbol fərdi deyil, kollektiv oyundur. Rəqibin güclü tərəflərinə qarşı hazır olacağıq. Digər oyunçular da problem yarada bilərlər. Biz öz oyunumuza güvənərək meydana çıxacağıq. Sabahkı oyun turun ilk hissəsi olacaq. İstanbulda isə ikinci hissə keçiriləcək. Biz sabahkı oyuna hazırıq".

"Normaldan fərqli oynamalıyıq"

Ole Gunnar Solskyaer, La Tuiliere Stadionunun sintetik örtüyü ilə bağlı suala belə cavab verib:

"Mən karyerama Norveçdə sintetik meydançada başlamışam. "Mançester Yunayted"də oynadığım dövrdən əvvəl sintetik meydançalara hazır idim. Çox fərqli sintetik meydançalar da görmüşük. Buradakı örtüyü anlamaq üçün məşqi burada keçirəcəyik. Texniki oyunçularımız buna hazır olmalıdırlar. Sintetik örtüyün təbii ot örtüyündən fərqli olduğunu oyunçulara izah edəcəyik. Normaldan fərqli oynamalıyıq. Daha sürətli oyun oynamalıyıq".

Mətbuatda yer alan tənqidlərə də münasibət bildirən Solskyaer, "Mənim üçün bu heç bir problem deyil. Media diqqət çəkmək üçün bunları edəcək. Mən futbolun içində uzun zamandır varam. Tənqidləri görməməzliyə vurmağa çalışıram. Məqsədimiz klubu, azarkeşləri, oyunçuları bir-birinə bağlamaq, ən yaxşı mühiti yaratmaqdır. Bunlar oyunçulara təsir edə bilər, amma mənə təsir etmir", - deyə qeyd edib.

"Uğuru təmin etməliyik"

Solskyaer, "Beşiktaş" ilə uğur qazanmalı olduqlarını vurğulayıb.

Ehtiraslı komanda yaratmağı hədəflədiyini bildirən Solskyaer, "Ehtiraslı, standartlara cavab verən bir komanda qurmaq istəyirik. Hər kəsin istədiyi şey uğurdur. Uğuru təmin etməliyik. Mətbuatda müxtəlif fikirlər səsləndiriləcək. Bazar günü oynadığımız oyunu çox bəyəndim. "Eyüpspor"a qarşı oynadığımız oyun olduqca yaxşı idi", - deyə əlavə edib.

Sabahkı matçın onlar üçün çox vacib olduğunu qeyd edən Solskyaer, bunları deyib:

"Oyunçulardan ən yaxşı performansı almağa çalışırıq. Bu klubun transfer siyasəti ilə bağlı daha sonra danışa bilərik. Rəhbərimiz və transferdən məsul şəxslərimiz transferlər üçün çalışırlar. Oyunçuların keyfiyyətini artırmağa çalışırıq. Ancaq önəmli olan sabahdır. Bu həftə diqqətimiz Avropaya yönəlib".

Ole Gunnar Solskyaer, məşqçi karyerası ərzində İsveçrə komandaları ilə daha əvvəl 3 dəfə qarşılaşdığını və heç birində qalib gələ bilməməsinə dair suala isə, "Ümid edirəm ki, sabah bu statistikani dəyişəcəyəm", - deyə cavab verib.

Uilfred Ndidi: "Yaxşı performans göstərəcəyimizə inanıram"

"Beşiktaş"ın nigeriyalı futbolçusu Uilfred Ndidi, sabahkı oyunda yaxşı performans göstərəcəklərinə inandığını bildirib.

Yüzdə yüz hazır olduğunu vurğulayan Ndidi, "Gözəl oyun olacaq. Hazır olduğumuzu düşünürəm, həyəcanlıyıq. Yaxşı performans göstərəcəyimizə inanıram. Adaptasiya prosesim də sürətlə gedir. Uzun illər İngiltərədə oynamışam. "Beşiktaş" kimi yüksək səviyyəli bir komandaya gəldiyimi bilirəm. Fiziki olaraq hər zaman hazır olmalı olduğumun fərqindəyəm", - deyə bildirib.

Adaptasiya prosesində məşqçilərin və komanda yoldaşlarının dəstəyinin əhəmiyyətindən danışan nigeriyalı oyunçu, "Onların da dəstəyi ilə bu prosesi rahat keçirirəm. Ümumilikdə, məşqçimizin və yoldaşlarımın dəstəyi ilə nə edəcəyimizi bilirəm. Daha irəli gedəcəyik. Futbol fərdi oyun deyil. Komandaya töhfə verəcəyimi düşünürəm", - deyərək sözlərini tamamlayıb.

24 saat

Oxucu Şərhləri

Kathleen Hall
21.08.2025 00:30
This is an interesting point about Solskjær wanting Beşiktaş to impose their style. I'm curious, though, how do you think Beşiktaş can adapt their game effectively against a team like Lausanne, especially if Lausanne are also looking to dictate the tempo? What specific tactical adjustments might be necessary?

Şərh Yaz