Müğənni Alla Puqaçovaya Qarik Sukaçovdan dəstək
Müğənni
Alla Puqaçovanın Rusiyada xarici agent kimi qeydə alınan jurnalist Katerina Qordeyevaya verdiyi böyük müsahibə səs-küyə səbəb olduqdan sonra musiqiçi
Qarik Sukaçov onu dəstəklədiyini bəyan edib. Sukaçov YouTube-da verdiyi müsahibədə Puqaçovanın bu açıqlamaları vətəndaş kimi deyil, bir qadın kimi səsləndirdiyini bildirib.
Sukaçovun Puqaçovaya loyallığı digərlərindən fərqlənir
"Alla Borisovnanın müsahibəsini izlədim. O, bütün bunları, yəqin ki, vətəndaş kimi, vətənpərvər kimi deyil, bir qadın kimi söylədi. Onunla tanış olduğum üçün xoşbəxtəm. Bu, bizim böyük bədbəxtliyimizdir ki, belə insanlar xaricdə qalır, biz isə onları hədəf alırıq, onlara qışqırırıq", – musiqiçi "Luka Yebkov" YouTube kanalında deyib. Sukaçov qeyd edib ki, onun Puqaçova haqqında fikirləri heç dəyişməyib və ona görə minnətdar olduğu çox şeylər var. O, Puqaçovanın səsləndirdiyi neqativ bəyanatların heç bir pis niyyət daşımadığını vurğulayıb. Sukaçov əlavə edib ki, Rusiyanı tərk edən bütün sənətçilərə
Alla Puqaçovaya olduğu kimi loyal yanaşmır.
Puqaçova məhkəməlik oldu
Daha əvvəl
Alla Puqaçova məhkəmə çəkişmələrinin mərkəzinə düşüb: o, 1.5 milyard rubl məbləğində mənəvi zərər vurmaqda ittiham olunur. "Shot" telegram kanalının məlumatına görə, iddia vəkil Aleksandr Treşev tərəfindən qaldırılıb. Vəkil hesab edir ki, müğənninin İçkeriya (Çeçenistan Respublikası İçkeriya – Rusiyada qadağan olunmuş terror təşkilatı) haqqında söylədiyi fikirlər və Rusiya hakimiyyətini tənqid etməsi reputasiyaya zərər vurur və
döyüş veteranlarının maraqlarına toxuna bilər.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz