Maraqlı 21.11.2025

Super Kupa yarımfinal matçlarının stadionları müəyyənləşdi

Super Kupa yarımfinal matçlarının stadionları müəyyənləşdi
Türkiyə Futbol Federasiyasının (TFF) Riva Həsən Doğan Milli Komandaların Təlim-Məşq Bazasında yeni formatda keçiriləcək Turkcell Süper Kupanın yarımfinal püşkatma mərasimi baş tutub. TFF I vitse-prezidenti Məcnun Otyakmaz, TFF İdarə Heyətinin üzvləri, eləcə də iştirakçı klubların təmsilçiləri – “Fənərbaxça” futbol komandasından məsul İdarə Heyətinin üzvü Ertan Torunoğulları və Sportif Direktor Devin Özek, “Qalatasaray” Sportif AŞ-nin vitse-prezidenti Abdullah Kavukçu və İnzibati Direktor Uğur Yıldız, “Samsunspor” vitse-prezidenti Veysəl Bilən, “Trabzonspor” İdarə Heyətinin üzvü Gözdə Atasoy və digər qonaqlar tədbirdə iştirak ediblər.

Klub Təmsilçilərinin Açıqlamaları

“Trabzonspor” İdarə Heyətinin üzvü Gözdə Atasoy kubokun Trabzona yaraşacağını qeyd edərək, “Ürəyimdən Qaziantep keçir. “Qalatasaray”la Qaziantepdə görüləcək bir hesablaşmamız var” ifadələrini işlədib. “Qalatasaray” Sportif AŞ-nin vitse-prezidenti Abdullah Kavukçu sarı-qırmızılı klubun ilk addımların komandası olduğunu vurğulayaraq, “İlk dəfə keçirilən bu formatda kuboku muzeyimizə aparmaq istəyirik” deyib. “Fənərbaxça” futbol komandasından məsul İdarə Heyətinin üzvü Ertan Torunoğulları liqanın ikinci yarısı öncəsində oynanacaq matçların komandalar üçün yaxşı hazırlıq olacağını bildirib və “Fənərbaxça” olaraq kuboku qazanmaq istədiklərini dilə gətirib. “Samsunspor” vitse-prezidenti Veysəl Bilən də yeni formatın Türkiyə futboluna töhfə verəcəyini düşündüklərini vurğulayaraq, “Ölkəmizi UEFA Konfrans Liqasında gedə bildiyimiz yerə qədər təmsil etmək istəyirik. Rəqibimiz “Fənərbaxça”ya uğurlar diləyirəm” açıqlamasını verib.

Turkcell Süper Kupa Yarımfinal Püşkatma Nəticələri

Həyata keçirilən püşkatma nəticələrinə əsasən, “Qalatasaray” – “Trabzonspor” qarşılaşması yanvarın 5-də Qaziantepdəki Qaziantep Stadionunda, “Fənərbaxça” – “Samsunspor” matçı isə yanvarın 6-da Adanadakı Yeni Adana Stadionunda oynanacaq. Final müsabiqəsi yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda keçiriləcək. Yeni formatı ilə bu il ilk dəfə təşkil ediləcək Turkcell Süper Kupada hansı yarımfinal qarşılaşmasının hansı şəhərdə oynanacağı məhz bu püşkatma mərasimi ilə müəyyənləşib. TFF Həsən Doğan Milli Komandaların Təlim-Məşq Bazasının Orxan Saka Konfrans Salonunda klub rəsmilərinin iştirakı ilə baş tutan püşkatma mərasimi A Spor kanalından canlı yayımlanıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz