Suriya və İsrail arasında tarixi sülh sazişi yaxınlaşır
İsrail mediasına əsasən, Suriya və İsrailin 2025-ci ilin sonunadək sülh sazişi imzalayacağı gözlənilir. Bildirilir ki, bu anlaşma çərçivəsində İsrail, 8 dekabr 2024-cü ildə Hermon Dağı zirvəsi də daxil olmaqla tampon zonanı işğal etdikdən sonra nəzarətinə keçirdiyi bütün Suriya ərazilərindən tədricən geri çəkiləcək. Qeyd olunur ki, bu tarixi sülh sazişi iki ölkə arasındakı münasibətləri tamamilə normallaşdıracaq və Golan Təpələrinin sülh bağçasına çevriləcəyini nümayiş etdirəcək. Bununla belə, Suriya torpağı olaraq qəbul edilən Golan Təpələrinin tamamilə İsraildə qalacağı təəssüratı yaranır.
Gideon Saarın açıqlaması və regional dəyişikliklər
İsrailin Xarici İşlər Naziri Giden Sa'arın açıqlaması da bu məlumatı təsdiqləyir. Nazir Sa'ar bildirib ki, "Golan Təpələrinin bizdə qalması şərtilə Suriya ilə bir sülh sazişi imzalamaq və ya normallaşma fürsəti yaranarsa, bu, İsrailin gələcəyi üçün müsbət olacaqdır". Belə bir sülh sazişi, Suriyanın müvəqqəti lideri Əhməd əl Şaraanın İbrahim Sazişlərinə qoşulmasını da təmin edə bilər. Bu halda, ABŞ və İsrail tərəfindən Suriyaya maliyyə dəstəyi də gündəmə gələ bilər. Bu son xəbərlər, Tel-Əvivdəki reklam lövhələrinə asılan "Yeni bir Orta Şərq nizamı üçün zaman gəldi" yazılı afişaları xatırlatdı. Həmin afişada ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman ilə eyni kadrda Şaraa da təsvir edilmişdi.