Melek Mosso: "Susmayın! Çünki tək deyilsiniz!"
Mosso bildirib ki, “Son vaxtlar bacılarımızın başına gələn dəhşətli hadisələri eşidir, görür və onlarla eyni vahiməni bölüşürəm. Dostlarımızla söhbətləşərkən demək olar ki, hər kəsin bunu ən azı bir dəfə yaşadığını öyrənmək ürəkbulandırıcıdır. Uşaqlığımdan bəri üç dəfə mən də bu vəziyyətlə qarşılaşmışam. Qorxu və qınanılacağam hissi ilə bunu heç vaxt kimsə ilə bölüşməmişəm (terapistim və bəzi yaxınlarımdan başqa).
Hamınızı cəsarətinizə görə təbrik edirəm. Mən hələ də bunu dilə gətirə və ad çəkə bilmirəm. Hətta başıma gələn bəzi şeylərin tacizə daxil olduğunu belə yeni anlayıram. Səsinizi ucaltmağınız mənə və illərdir bunları içində saxlayan hər kəsə güc və cəsarət verir. Susmayın! Əl-ələ verib bu dəhşətli travmaları sağaldacaq, bu qorxunc insanları cəmiyyətdən təcrid edəcəyik. Nə olursa-olsun, artıq zərər görən qadınların deyil, zərər verən kişilərin adları eşidiləcək. Bütün bacılarıma qucaq açıram. Səsini çıxar. Çünki sən tək deyilsən.”
Tacizin Buraxdığı Dərin İzlər: Kalbenin Etirafları
Kalben 19 yaşında ikən avtobus səfərində məruz qaldığı tacizi belə nəql edib:
"19 yaşım var idi. Anamın ölüm ayağında olduğu xəbərini almışdım. Avtobus dayanmışdı, fasilə idi. Xəbərin ağırlığı ilə yatırdım. Dostlarım düşmüşdü. Ayaqlarımın arasında bir əl ilə oyandım. Ləyaqətsiz şəxs arxa çarpaz oturacaqdan gəlmişdi. Onun əllərini heç vaxt unuda bilmirəm. Heç kimə deyə bilmirəm. Səyahət bitdikdən sonra dostlarıma: “Məni niyə tək qoydunuz?” deyə hirslə izah etməyə çalışıram. Oğlan dostum hadisə sanki onun başına gəlmiş kimi qəzəblənir, adamı tapıb döymək istəyir. Qız dostum isə içinə qapanır. Mən isə bu hadisəni illərlə anlaya bilmirəm."
"İllər ərzində bunun kimi və daha betər hadisələr yığılır. Bəzən bunları qəbul etmək illərimi alır. Bəzilərindən bəhs etməmişəm, bəzilərini isə kiməsə kömək etmək ümidi ilə üstüörtülü şəkildə bölüşmüşəm. Adlarını çəkdiyim sözügedən dostlarım "Axı sən də ora getmisən", "Dəvət etmisən" kimi sözlər dedikdə, dostlarımın sayı azaldı. "Mənə bunu etdi" dediyim insanlar, yenə də günahkarlarla dostluq etməyə davam etdilər. Feminist çıxışlarla bəzədikləri süfrələrini uzaqdan izlədim."
"Heç vaxt açıq şəkildə ad çəkməmişəm, bunu edə bilməmişəm. Bu gün adları açıqlayan, təcrübələrini bölüşən hər kəsi təbrik edirəm. Sakit qalan və başına gələnləri, ona edilənləri özlüyündə həzm etməyə çalışanları da təbrik edirəm. Dəstək ala bilməyinizi ürəkdən arzulayıram. Mən dəstək alaraq həyatda qaldım. Bəzən bəzi şeylərdən sui-istifadə etməyimin təməlində, özümün sui-istifadəyə məruz qalmağım yatırdı."
"Özümə dəyər verməyi və yaşamağa dəyər olduğumu dərindən hiss etməyim çox uzun illər çəkdi. Bu uzun illər ərzində ənənəvi qadınlıqdan da kənarda hiss etdim. Məndən gözlənilən rolları yerinə yetirə bilmədiyimi hiss edib yalnızlaşdım. Hələ də ən yaxınlarım belə bəzən bir kişi arxamda divar varkən üstümə sürətlə yeridiyində; mənə arxadan sarıldığında; icazə vermədiyim bir hərəkətlə yaxınlıq qurmağa çalışdığında niyə paniklədiyimi, ya da bir anda qəzəbləndiyimi, bəlkə də qəfil içinə qapandığımı anlamırlar."
"Hələ də məni həqiqətən sevdiyini hiss etdiyim bir partnyorum olmayıb. Hələ də şüurlu, istəkli fiziki yaxınlıq qurmaq mənim üçün çətin bir məsələdir. Hələ də bu mövzuda bunları yazarkən dişlərimi qıcayıram. Musiqi və musiqi vasitəsilə tanıdığım qəlblər sayəsində həyata sarılmaq gücü tapıram. Musiqi, hər şeyimdir. Musiqi dünyasında belə özünü etibarsız hiss etdirən, mafiya hərəkətləri sərgiləyən, bir qadına necə davranacağını bilmədiyi üçün qaba davranan tiplər var. Qorunmadığımızı, arxamızda qanunların olmadığını, qorunaqlı bir sistemə sahib olmadığımızı bildikləri üçün… Bu, ağrılı bir dövrdür, lakin ağrımız ortaqdır. Düşmənimiz ortaqdır. Tək deyilik. Keçmişdə bilmədən sizə zərər vermiş biri ilə yan-yana gəldimsə, bu qaranlıq içində sizdən üzr istəyirəm."
Oxucu Şərhləri
Şərh Yaz