İdman 24.11.2025

Tedesco: Sevincimiz bir saatlıqdır

Tedesco: Sevincimiz bir saatlıqdır
Trendyol Süper Liqanın 13-cü turunda "Fənərbaxça" səfərdə "Çaykur Rizəspor"u 2-0 hesabı ilə geridən gələrək 5-2 məğlub etdi. Sarı-lacivərdlilərin baş məşqçisi Domeniko Tedesko qələbədən sonra açıqlamalar verdi.

Tedeskonun soyunma otağı sirri

Fasilədə oyunçularına nə dediyi soruşulan Tedesko, "Fasilədə xüsusi bir şey demədim, sadəcə sakit olmalarını və inanmalarını söylədim. Oyun planına, gücümüzə inanmalarını, təşvişə düşməmələrini istədim" dedi.

"İmkan olsa, hamını meydançaya buraxardım"

Qələbəni dəyərləndirən təcrübəli məşqçi, "Bu, bütün komanda olaraq qazanılmış bir qələbədir. Komandadakı enerjini görürsünüz, ilk oyunçudan son oyunçuya qədər. Hər oyunçu mənim üçün eynidir. Təəssüf ki, meydançaya yalnız 11 oyunçu buraxa bilirəm, imkanım olsa, hamını eyni anda meydançaya buraxardım. Hamısı oynamağa layiqdir. Bu qələbə, keyfiyyətimizin məhsulu olan bir qələbədir. Çox xoşbəxtəm" ifadələrini işlətdi.

"Qalatasaray" derbisi haqda...

Süper Liqada növbəti həftə qarşılaşacaqları əzəli rəqibləri "Qalatasaray" haqqında danışmağı üstün tutmadığını deyən Tedesko, "Bu axşam da "Qalatasaray" matçı barədə danışmağı seçmirəm. Bir saat əvvəl 2-0 geriyə düşdüyümüz bir matçı qazandıq. Bir az sevinə bilərik, bir saat qədər. Futbolda qutlama üçün zaman azdır. Vaxtımız yoxdur. "Ferensvaroş" matçı var. Fiziki cəhətdən güclü oyunçuları var. Mənim ağlım "Ferensvaroş" matçındadır..." sözlərini söylədi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz