Fenerbahçe-nin baş məşqçisi Domeniko Tedesko, UEFA Avropa Liqası-nın ikinci həftəsində OGC Nice ilə qarşılaşacaqları oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Rəqib analizi və özünə inam
Domeniko Tedesko güclü bir rəqiblə oynayacaqlarını, lakin öz güclərinə inandıqlarını vurğulayıb.
İtaliyalı baş məşqçi "Nice müdafiədə güclü bir komandadır. Orta sahə oyunçuları texnikidir. Cinah oyunçuları da olduqca yaxşıdır və çox sayda ötürmələr edirlər. Futbolda hər şeyi müdafiə edə bilməzsiniz, belə olsaydı oyunlar 0-0 bitərdi. Unutmamaq lazımdır ki, onlar da bizi müdafiə etməlidirlər!" deyib.
Kərəm Aktürkoğlunun vəziyyəti
Domeniko Tedesko Kərəm Aktürkoğlunun performansını da dəyərləndirib. Təcrübəli baş məşqçi milli futbolçuya zaman tanınmasının vacibliyini qeyd edərək "Kərəm Aktürkoğlu sol cinah oyunçusudur. Buraya gələli çox uzun müddət olmayıb, bir az zamana ehtiyacı var. Mən gəldiyimdən bəri ən çox şans qazanan oyunçu odur. Performansından 100% razı deyil, qollar vurmaq, assistlər etmək istəyəcəkdir. Ona vaxt tanıyacağam. Meydanda təzyiqi ilə əlindən gələni edir. Çox dəfə yıxılsa belə, yenidən ayağa qaldırmalısınız ki, istədiyini edə bilsin. Kərəmlə bağlı heç bir problemim yoxdur" deyə bildirib.
Komanda işi və inkişaf
Domeniko Tedesko komandaya yeni qoşulduğunu xatırladaraq "Düşünürəm ki, gəldiyimdən bəri 6 dəfə tam məşq edə bilmişik. Etməli olduğumuz çox şey var. İşləməli olduğumuz çox şey var. Məşq başına yalnız bir mövzuya toxuna bilirik. Komanda əlindən gələni edir. Bəzən oyun içində işlər yaxşı getməyə bilər, bunu da qəbul etmək lazımdır. Bəzən qazandığımız oyunlardan sonra yata bilmirəm, analiz edirəm. Uduzduğumuzda isə bəzən problemi görürəm və düzəltməyə çalışıram" deyə qeyd edib.
Zədələr və heyət məsələləri
Zədələrə toxunan Tedesko "Edson Alvarez geri döndü, bu vacibdir. Bartuğ Elmaz çox yaxşı bir oyunçudur, Avropa heyətində yoxdur və bu çox pisdir! Gəldiyimizdə komandada 7 zədəli oyunçu var idi, indi bu sayını 2-yə endirdik" ifadələrini işlədib. Duranla bağlı isə "Jhon Duran oynamaq üçün motivasiyaya sahibdir. Bəzi zədələr 6 həftə davam edir, amma onun vəziyyəti belə deyil! Əvvəlki klublarında da ağrı problemi var idi. Bəzi klublar onu bu vəziyyətdə oynadırdı. Bəzən oyunçular ağrı ilə oynayırlar, amma bir nöqtəyə gəlirlər və daha oynaya bilmirlər. Ayaqda hiss edilən bir ağrının səbəbi beldən qaynaqlana bilər. Bu cür vəziyyətlərdə zaman lazımdır. Bir çox mütəxəssis bir araya gəldik və problemin mənbəyini tapdıq.
Jhon Duran özü oynamaq üçün yüksək motivasiyaya malikdir. Onun zədəsi normal bir zədə deyil, Jhon əvvəl oynadığı klublarda da eyni ağrıları yaşamış, o da o ağrılarla oynamağa davam etmişdir. Bir çox mütəxəssis yığışdıq bir yerə problemin nədənini tapdıq. Jhon üçün bir az daha zaman lazımdır. Leypsiqdə Almaniya Kuboku oynayarkən oyuna çıxmadan öncə bir oyunçum mənim ağrım var dedi. Siz bu vəziyyətdə nə edərdiniz? Zədəsi, problemi olan oyunçunu oynadıb risk almaq istəmirəm. Oyunçularımı qoruyacağam" fikirlərini bildirib.
Oxucu Şərhləri
Şərh Yaz