Domeniko Tedesko oyunçulara mesaj verdi
Fənərbaxçanın yeni baş məşqçisi Domeniko Tedesko Super Liqa və kubokda çempionluq, Avropada isə final hədəfi ilə işə başlayıb. O, futbolçularla tanış olduqdan dərhal sonra onlara "Vaxtımız yoxdur, dərhal uğurlu olmalıyıq" mesajını verib.
Köməkçiləri ilə birlikdə səhər saatlarında tibbi müayinədən keçən italiyalı məşqçi, daha sonra Samandraya gələrək futbolçular və klub işçiləri ilə görüşüb. Oyunçularla səmimi söhbət edən italiyalı mütəxəssis, komandaya gələcəklə bağlı bunları deyib:
"Birlik olacağıq, birlikdə uğur qazanacağıq. Zamanla bir-birimizi tanıyacağıq, ancaq vaxtımız yoxdur. Dərhal uğurlu olmalıyıq. Bunu tez etməliyik. Əsla sabit ilk on birliyimiz olmayacaq. Bütün heyətdən istifadə edəcəyik. Hər kəsə ehtiyacımız var."
Zədəlilər var
Tedeskonun ilk məşqində ağrıları olan Kərəm Aktürkoğlu gəzinti edib, ancaq Trabzonspor matçında oynayacaq. Nelson Semedo da matça yetişdirilməyə çalışılır. Edson Alvarez 1-2 həftə meydandan kənarda qalacaq. Con Duranın müalicəsi davam edir. Milli komandada sağ əl daraq sümüyü sınan Sebastian Şimanski də xüsusi sarğı ilə məşqdə iştirak edib.
Oyunçulara görə sistem
Baş məşqçi Domeniko Tedesko komandaya uyğun sistem qurması ilə tanınır. Klublara 3-lü sistem oynadan Tedesko, Belçika Milli Komandasını isə 4-lü sistemlə oynadıb. İtaliyalı məşqçinin Fənərbaxça komandasını da 4-lü müdafiə sistemi ilə oynatmayı planlaşdırdığı öyrənilib. Hücum futbolunu sərgiləməyi planlayan Tedesko, pasların yana və geriyə deyil, düzünə verilməsini istəyir. 10 nömrədə oynatmayı planlaşdırdığı Marko Asensionu həm əlaqələndirici oyunçu, həm də ikinci forvard kimi istifadə edəcək.
Köməkçiləri dünya səviyyəsindədir
Umberto Tedesko (Analitik): Domeniko Tedeskonun qardaşıdır. UEFA B lisenziyasına sahibdir. Səhiyyə və turizm sahəsində bakalavr dərəcəsi alıb. Bir neçə dil bilir.
Maks Unvantsçki (Qapıçı Məşqçisi): Aleksandr Maksimenko, Peter Qulaçi, Tibo Kurtua kimi qapıçılarla çalışıb. İndi isə Ederson kimi ayaqları dünyanın ən yaxşısı olan bir qapıçı ilə çalışacaq.
Vladimir Cepzanoviç (Atletik Performans Məşqçisi): Güc və kondisiyaya əlavə olaraq bədənin tarazlığını artırmağa yönəlmiş çalışmaları olub.
Oxucu Şərhləri
Şərh Yaz