Reis: "Korkmadan oynamalıyıq"
Olimpiya stadionunda keçirilən mətbuat konfransında Reis, komandasının oyundan zövq alacağını vurğulayaraq, "Oyunumuzdan zövq almağa çalışacağıq. Ən əsası, korkmadan oynamalıyıq. Əlimizdən gələni edəcəyik. Karlo Holse və Musabanın heyətdə olmaması heyətdə dəyişikliklərə səbəb olacaq, bu isə digər oyunçulara şans verəcək. Bizim gücümüz bir komanda olmaq, birlikdə hərəkət etməkdir. Ümid edirəm, sabah yaxşı oyun göstərəcəyik" deyib.
Reis, oyun strategiyasında dəyişiklik etməyi düşünmədiklərini bildirərək, "Ötən ilki oyun tərzimizi davam etdirmək istəyirik. Rəqibimiz təcrübəli komandadır, onlara qarşı oyun çətin olacaq. Amma iki oyunun da hər cür nəticəyə açıq olduğunu deyə bilərəm. Biz burada oyundan zövq almaq və yaxşı nəticə əldə etmək istəyirik. Sıx bir oyun qrafikimiz var, bu çətin bir dövr olacaq. Avropada da yaxşı çıxış etmək istəyirik. Bu mərhələni keçsək, Avropa Liqasında davam edəcəyik, keçə bilməsək isə Konfrans Liqasında mübarizə aparacağıq. Komanda olaraq doğru yolda olduğumuzu düşünürəm" sözlərini əlavə edib.
Yavru: "Dostca bir mübarizə olsun"
Samsunspor kapitanı Zeki Yavru, klub tarixində önəmli günlərdən birini yaşadıqlarını qeyd edib. Həm özü, həm də komandası adından qürur duyduğunu bildirən Yavru, "Keçən mövsüm bizim üçün uğurlu oldu. İndi isə Avropa səhnəsində yer alacağıq. Bunun fərqindəyik və bu hisslə Afinaya gəldik. Cəmiyyətimizi və ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün buradayıq. Ümid edirəm, üstünlüklə Samsuna qayıdacağıq. Rəqibimiz Avropa arenasında təcrübəli bir komandadır, amma biz də asan rəqib deyilik. İnşallah bunu meydanda göstərəcəyik" deyə bildirib.
10 il sonra Avropada oynamağın özü üçün xoş olduğunu dilə gətirən Zeki Yavru, "Mənim üçün 10 il sonra Avropada olmaq qürurvericidir. Bütün oyunçular bunun fərqindədir. Əsas məqsədimiz cəmiyyətimizi sevindirməkdir. Amma ölkə xalına nə qədər töhfə verə bilsək, bu da bizim üçün bir o qədər önəmlidir. Mərhələni keçsək Avropa Liqasında, keçə bilməsək isə Konfrans Liqasında davam edəcəyik. Bunun ölkəmiz üçün önəmli olduğunu bilirik. Ümid edirəm, ölkə xalına töhfə verərik. Hər kəs bizi səmimi qarşıladı, təşəkkür edirəm. Biz də qonaqpərvərliyimizi Türkiyədə göstərmək istəyirik. Qonşu ölkəyik, hər iki komanda üçün də dostca bir mübarizə olsun. Rəqibimizi analiz etdik, onların meydanda güclü və aqressiv olduğunu, azarkeşləri önündə təsirli oyunlar sərgilədiklərini bilirik. Biz də aqressiv oynayan komandayıq. Mərhələni keçmək üçün çox mübarizə aparmaq istəyirik və sevindirici nəticə ilə ölkəmizə qayıtmaq istəyirik. Heç bir oyun meydanda oynanılmadan qazanılmaz. Bəlkə bizi zəif rəqib hesab edirlər, amma sabah onları məyus etməyi düşünürük" deyib.
Oxucu Şərhləri
Şərh Yaz