Gündəm 09.09.2025

Tsunami zamanı itirdiyi həyat yoldaşını 14 ildir dənizdə axtarır

Tsunami zamanı itirdiyi həyat yoldaşını 14 ildir dənizdə axtarır

İTİN DÜŞƏN HƏYAT YOLDAŞINI AXTARIŞI 14 İLDİR DAVAM EDİR

Yaponiyanın Miyaqi prefekturasının Onaqava sahil şəhərində 2011-ci il martın 11-də baş verən zəlzələdən sonra yaranan tsunamidə dənizə sürüklənən həyat yoldaşını tapmaq istəyən yaponiyalı Yasuo Takamatsu 14 ildir dənizə dalış edərək bankda çalışan və itkin düşən Yuko Takamatsunu axtarır.

"HƏYAT YOLDAŞIMIN SON ARZUSUNU YERİNƏ YETİRƏCƏYƏM"

Yasuo Takamatsu, tsunaminin baş verdiyi gündən bəri həyat yoldaşının vəsiyyəti olan və telefonla son anda ona göndərdiyi "Evə getmək istəyirəm" mesajının beynində əks-səda verdiyini bildirib. O qeyd edib: "Bankın damından göndərdiyi mesajda evə getmək istədiyini deyib. Həyat yoldaşımı tapıb evimə gətirənə qədər axtarışa davam edəcəyəm."

15 METRLİK DALĞALAR BANKIN DAMINI AŞIB

Sunami zamanı bankda çalışan Yuko Takamatsunun, bank rəhbərliyinin dalğaların hündürlüyünün 6 metri keçəcəyini bildirərək "Dama çıxın" təlimatına əməl etdiyi məlum olub. Lakin hadisə zamanı gələn 15 metr hündürlüyündəki nəhəng dalğalar digər işçilərlə birlikdə Yuko-nun binanın damında yoxa çıxmasına səbəb olub.

700-DƏN ÇOX AKVALANQLI DALIŞ

Tsunami zamanı bankın damına çıxan 13 əməkdaşdan Yuko da daxil olmaqla 12 nəfərinin itkin düşdüyü və hələ də tapılmadığı bildirilir. Yasuo Takamatsu isə indiyə qədər 700-dən çox akvalanqlı dalış edərək həyat yoldaşını tapmaq ümidi ilə axtarışlarını davam etdirir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz