Şou 03.07.2025

Türkan Şoraydan illər sonra ifşa

Türkan Şoraydan illər sonra ifşa

Türkan Şoray yeni kitabının təqdimatında media ilə görüşüb

Türk kinosunun əfsanəvi siması, tamaşaçılar tərəfindən "Sultan" ləqəbi ilə tanınan Türkan Şoray uzun bir müddətdən sonra yenidən ictimaiyyət qarşısına çıxıb. Aktrisa Bircan Usallı Silanın qələmə aldığı "Türkan və Həyat" adlı yeni kitabının təqdimat mərasimində iştirak edib. İstanbulda keçirilən tədbirə media nümayəndələri böyük maraq göstəriblər və məşhur sənətçi ilə görüşmək üçün toplaşıblar.

Məşhur aktrisadan xəyanət etirafı

Təqdimat mərasimi zamanı jurnalistlərin suallarını səmimiyyətlə cavablandıran Türkan Şoray şəxsi həyatı ilə bağlı gözlənilməz bir açıqlama verib. Jurnalistlərdən biri ona "Heç xəyanətə uğramısınızmı?" sualını ünvanlayıb. Ustad sənətçi bu çətin suala tərəddüd etmədən "Bəli, mənə xəyanət edilib" cavabını verərək tədbir iştirakçılarını təəccübləndirib. Aktrisanın bu açıq etirafı qısa zamanda gündəmə çevrilib.

24 saat