Dünya 01.07.2025

Türkiyənin Avrofiqter Tayfundakı zəfəri dünya mediasının gündəmində

Türkiyənin Avrofiqter Tayfundakı zəfəri dünya mediasının gündəmində
Dünən Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammi və Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan arasında baş tutan görüşdə Eurofighter Typhoon təyyarələrinin satışı ilə bağlı müsbət siqnallar verilib. Almaniyanın uzun müddətdir gözləmədə saxladığı Eurofighter qırıcılarının Türkiyəyə ixracına razılıq verməsi isə dünya mətbuatında geniş müzakirələrə səbəb olub.

Böyük Britaniyadan Türkiyəyə Yaşıl İşıq

Yunanıstan mətbuatında yayımlanan Liberal nəşri "Böyük Britaniyadan TürkiyəEurofighter üçün 'yaşıl işıq'" başlığı ilə çıxış edərək bildirib ki, Türkiyənin Eurofighter Typhoon qırıcı təyyarələrini almaq səyləri güclənir. Böyük Britaniyanın elanına görə, təklif artıq Almaniya da daxil olmaqla, konsorsiumun dörd üzvünün dəstəyini qazanıb. Qeyd edək ki, Almaniya əvvəllər bu razılaşmanın qarşısını alırdı. Böyük Britaniyadan TürkiyəEurofighter satışının ehtimalı, ABŞ-ın Ankara ilə F-35 döyüş təyyarələri proqramından çıxarılmasından irəli gələn mübahisəni həll etməyə çalışdığı bir dövrə təsadüf edir. ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrack Anadolu Agentliyinə verdiyi açıqlamada, Vaşinqtonun bu məsələni ilin sonuna qədər həll etməyi ümid etdiyini bildirib.

Kritik İnkişaf

Avropanın müdafiə xəbərləri saytı Army Recognition "Böyük Britaniyadan Eurofighter Typhoon döyüş təyyarəsi ilə bağlı tam dəstək" vurğusu edib. Sayt bildirib ki, Eurofighter Typhoon Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya tərəfindən birgə inkişaf etdirilmiş, olduqca çevik və çoxməqsədli bir döyüş təyyarəsidir. Bu təyyarə bir çox NATO hava qüvvələrinin hava üstünlüyü gücünün əsas sütununu təşkil edir. Türkiyənin Eurofighter Typhoona marağı, təchizat çətinlikləri fonunda hava qüvvələrini şaxələndirmə strategiyasının bir hissəsi kimi diqqət çəkir. 2019-cu ildə Rusiyanın istehsalı olan S-400 hava hücumundan müdafiə sistemini alması səbəbindən F-35 Birgə Hücum Təyyarəsi proqramından çıxarılan Türkiyə, köhnələn F-16 donanmasını yeniləmək və müasirləşdirmək üçün alternativ yollar axtarır. ABŞ ilə F-16 Block 70 döyüş təyyarələri üçün aparılan son danışıqlar irəliləyiş əldə etsə də, Türkiyə beşinci nəsil döyüş təyyarəsi ekosistemindən kənarda qalır.

Türkiyə Tam Dəstək Aldı

Kanada mərkəzli iqtisadi xəbərlər saytı Financial Post, "Türkiyənin Eurofighter Typhoon döyüş təyyarəsi almaq tələbi, Böyük Britaniyanın açıqlamasına görə, konsorsiumun bütün üzvlərindən dəstək alıb. Bu inkişaf, əvvəllər Almaniya tərəfindən əngəllənən bir razılaşmanın həyata keçmə ehtimalını artırır" şərhini verib. Nazir Lammi, Rusiyaya qarşı müdafiə xərclərini artıran Avropa hökumətləri arasında Türkiyənin Avropa təhlükəsizliyi baxımından "hər zamankından daha kritik" bir tərəfdaş halına gəldiyini bildirib. Türkiyə, ABŞ-dan sonra NATO-nun ən böyük ikinci ordusuna ev sahibliyi edir və regional sabitlik üçün əsas ölkə kimi qəbul edilir.

Qalib Tərəf: Türkiyə

TürkiyəEurofighter satılmasına qarşı diplomatik addımlar atan Yunanıstanın Newsbreak.gr nəşri, xəbərinə "Türkiyə Eurofighter ilə silahlanır. Ərdoğan və Türkiyə, Londonun 'təsdiqi' ilə qalib tərəf" başlığını verərək, Böyük Britaniyanın Xarici İşlər Naziri David Lamminin "Böyük BritaniyaTürkiyə ən yaxın dostlar və tərəfdaşlar olaraq qalır" sözlərini önə çıxarıb. F-16-ların tədarükünə icazə verildikdən sonra və ABŞ-ın F-35 təyyarələri üçün aparılan danışıqlarda irəliləyiş əldə olunduğu bir vaxtda (ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrack razılaşmanın yaxın zamanda bağlanacağını açıqlamışdı) Türkiyə indi də Eurofighter Typhoon təyyarələri üçün hərəkətə keçir. Beləliklə, prezident Rəcəb Tayyib Ərdoğan regiondakı strateji oyunun əsas oyunçusu mövqeyinə gəlir.

Mührü Böyük Britaniya Xarici İşlər Naziri Vurdu

Bu müasirləşdirmənin 'möhürü', bu həftə Türkiyəyə səfər edən Böyük Britaniyanın yeni Xarici İşlər Naziri David Lammi tərəfindən vuruldu. Bu səfər London və Ankara arasında müdafiə və ticarət əlaqələri baxımından həlledici bir addım kimi qiymətləndirilir.

Bloomberg: Bütün Konsorsiumun Dəstəyi Təmin Edildi

Dünyanın aparıcı xəbər agentliklərindən biri olan Bloomberg, dünənki görüşlə eyni saatlarda yayımladığı xəbərində "Böyük Britaniya, Türkiyənin Eurofighter məsələsində bütün konsorsiumun tam dəstəyini aldığını elan etdi" başlığını vurğulayıb. Nəşr bildirib ki, Böyük Britaniya mart ayında döyüş təyyarələri üçün ilk qiymət təklifini irəli sürərək, illərlə sürən danışıqlarda irəliləyiş əldə edib. Eurofighter konsorsiumu Airbus SE, BAE Systems Plc və Leonardo SpA şirkətlərindən ibarətdir. Berlin əvvəllər, xüsusilə Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında enerji qaynaqları üzərindəki gərginliklər səbəbindən satışa mane olmuşdu. Nazir Lammi, Böyük Britaniyanın Berlinin razılığını almaq istiqamətindəki səylərinin danışıqları irəlilətdiyini qeyd edib.

24 saat