İdman 01.12.2025

U19 derbisində dava düşdü

U19 derbisində dava düşdü

FənərbaxçaQalatasaray U19 derbisində dava

Türkiyə Super Liqasının 14-cü həftəsində Fənərbaxça ilə Qalatasaray arasında oynanılacaq derbi matçına sayılı saatlar qalmış, U19 komandalarının derbisində meydan qarışıb.

Sarı-lacivərdlilərin əzəli rəqibinə 2-1 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra yumruqlar havada uçuşub.

Oyunun sonunda ortalıq bir-birinə qarışdı

U19 Paf Liqasında baş tutan matçın 88-ci dəqiqəsində hesab 1-1 olarkən, Fənərbaxça 89-cu dəqiqədə önə keçib. Qoldan sonra böyük sevinc yaşayan sarı-lacivərdli futbolçularla Qalatasaray futbolçuları arasında gərginlik artıb.

Matçın bitiş fitindən sonra Fənərbaxçalı oyunçular qələbəni qeyd edərkən, sevinc yerini yumruq davasına verib. U19 matçında Qalatasaraylı bir futbolçu, baş verən davada Fənərbaxçalı bir futbolçuya yumruq atıb. Bundan sonra meydanda vəziyyət daha da gərginləşib və iki komandanın oyunçuları bir-birinə girib.

Yaşanan gərginliyi çətinliklə yatırmaq mümkün olub və görüntülər sosial mediada böyük reaksiya doğurub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz