Müğənni Yıldız Tilbe səhnəyə çıxmazdan əvvəl ona hədiyyə olunan və əvvəllər heç istifadə etmədiyi yeni bir parfümü bədəninə bolca sıxıb. Gecənin ilk mahnılarını ifa etdiyi zaman qəfil bir narahatlıq hiss edən sənətçi, qoxunun təsirindən halının pisləşdiyini anlayıb.
Gözlənilməz reaksiya qarşısında çaşıb qalan Tilbe, konsertini dayandırmaq məcburiyyətində qalıb. Bu xoşagəlməz səhnə hadisəsi tamaşaçılar arasında da təəccübə səbəb olub.
Halı pisləşən müğənni dərhal səhnə arxasına keçərək geyimini dəyişib və bir qədər təmiz hava alıb. Özünü toparladıqdan sonra Yıldız Tilbe yenidən pərəstişkarlarının qarşısına çıxaraq çıxışına davam edib.

Müğənninin parfümlə bağlı açıqlaması
Məlum olub ki, ifaçının həmin parfümün tərkibindəki müəyyən maddələrə qarşı allergiyası var imiş. Yaşadığı anları dilə gətirən Tilbe, hadisəni belə şərh edib:
"Parfüm sıxdım və bayılmaq dərəcəsinə çatdım. Paltarımı dəyişməyimə baxmayaraq, qoxudan xilas ola bilmədim. Qovun, şaftalı və xiyar qarışığı kimi qəribə bir qoxusu vardı. Bu məni həddən artıq narahat etdi."
Oxucu Şərhləri
Şərh Yaz