Maraqlı 27.11.2025

Zuhal Topal 12 illik aktyorluq fasiləsinin səbəbini açıqladı

Zuhal Topal 12 illik aktyorluq fasiləsinin səbəbini açıqladı

Zuhal Topal oyunculuq karyerasına niyə fasilə verdi?

Türkiyənin sevilən komediya və ailə seriallarında uzun illər rol almış, son dövrlərdə isə “Yemekteyiz” proqramı ilə ekranların daimi simasına çevrilmiş Zuhal Topal, peşəkar oyunculuq fəaliyyətinə niyə ara verdiyini ilk dəfə açıqlayıb. Sənətçinin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Dizi müddətləri artıq insani deyil"

Hazırda aparıcılıq karyerasını davam etdirən məşhur sima, “Yemekteyiz” proqramında tamaşaçıların "Niyə sizi yenidən bir serialda görmürük?" sualını səmimiyyətlə cavablandırıb. O, serialların həddindən artıq uzun çəkiliş müddətləri səbəbindən setlərə qayıtmaq istəmədiyini bildirib.

Topal qeyd edib: "Əvvəllər sitkomlar vardı, 20-30 dəqiqəlik xoş işlər idi... İndi seriallar üç saata qədər uzanır. Bu, həm fiziki, həm də zehni cəhətdən çox yorucudur. Məhz bu səbəbdən uzun müddətdir oyunculuq etmirəm."

Uğurlu karyera və yeni seçim

“Sihirli Annem”, “Selena”, “Geniş Ailə”“Avropa Avropa” kimi ikonik layihələrdə rol almış məşhur simanın son serialı 2011-2013-cü illər arasında yayımlanan “Avropa Avropa” olub. O, həmin tarixdən bəri yalnız aparıcılıq layihələrinə üstünlük verir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz