Dünya 14.07.2025

100 milyon dollarlıq eşq randevusu: Hərbi təyyarə ilə manikür qalmaqalı

100 milyon dollarlıq eşq randevusu: Hərbi təyyarə ilə manikür qalmaqalı
Rusiyada geniş rezonans doğuran bir iddia gündəmi silkələyib. The US Sun-ın xəbərinə görə, Rusiyanın Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousovun sevgilisi olduğu iddia edilən 23 yaşlı Mariya Şalayeva, Müdafiə Nazirliyinə məxsus İlyuşin-76 tipli ağır nəqliyyat hərbi təyyarəsi ilə Rostov-na-Donuya aparılıb.

Hərbi Təyyarə ilə Manikür Görüşü

Şəhərdəki bir manikür görüşünə getdiyi bildirilən Şalayeva, sosial media hesabından etdiyi paylaşımlarda "Kim dedi təyyarələr Rostova getmir? Gedir, amma hər kəs üçün yox" ifadələri ilə dəbdəbəli səyahətlərinə işarə edib. Uçuş zamanı 3 yaşlı oğlu Timin də yanında olduğunu qeyd edən Şalayeva, "Tim cizgi filminə baxıb, pilotun cipsindən yeyib, çox xoşbəxt olub" deyib. Gənc qadının "Kreml-dən biri ilə birlikdəyəm" və "Etibarlılıq səviyyəsi 200 faiz" ifadələri ilə Müdafiə Nazirinə işarə etdiyi iddia edilir. Şalayevanın paylaşımlarını sonradan sildiyi qeyd olunur.

Təhlükəsizlik Boşluğu və Kəşfiyyat Riski

Sosial mediada yayılan görüntülər və paylaşımlar Kreml üçün ciddi təhlükəsizlik boşluğuna çevrilib. Kremlə yaxın hərbi mənbələr bu cür məlumatların Qərb kəşfiyyat xidmətləri üçün ciddi üstünlük yarada biləcəyinə diqqət çəkib. Kremlə yaxın hərbi bloqer Andrey Medvedev, hadisənin Ukrayna və NATO üçün "qızıl dəyərində" olduğunu yazarkən, ehtiyatda olan general-mayor Vladimir Popov da istintaqın birbaşa Nazirə qədər gedib çıxa biləcəyini bildirib.

24 saat