Maraqlı 17.11.2025

30 milyon fidan himayəçi tapdı

30 milyon fidan himayəçi tapdı

Türkiyədə milyonlarla fidan əkini kampaniyası uğurla başa çatıb

Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin rəisi Bekir Karacabey, etdiyi yazılı açıqlamada bu il ölkənin 81 vilayətində ümumilikdə 14 milyon 914 min fidanın torpaqla qovuşdurulduğunu bildirib. O qeyd edib ki, bu əlamətdar gündə 1 milyon 280 min 491 vətəndaş təbiətə dəstək olaraq gələcəyə nəfəs bəxş edib. Karacabey həmçinin vurğulayıb ki, “gelecegenefes.gov.tr” platforması vasitəsilə vətəndaşlar tərəfindən sahiblənən 30 milyon fidan Türkiyənin təbiətə olan həssaslığını ən gözəl şəkildə nümayiş etdirir. "Hər fidan, gələcəyə atılmış bir imza kimidir," - deyə o əlavə edib.

Karacabey Türkiyənin fidan istehsalı potensialına da toxunub: "Meşə Təsərrüfatı Baş İdarəsi olaraq 136 meşə fidanlığımızda mindən çox növ fidan istehsal edirik. İllik istehsal gücümüz 600 milyon fidan və toxum səviyyəsinə çatıb. Türkiyə bu potensialla regionda lider, dünyada isə sayılı ölkələrdən biridir."

Fidan əkini kampaniyası İstanbulda geniş vüsət alıb

Meşə Təsərrüfatı Baş İdarəsindən (OGM) verilən məlumata görə, 11 Noyabr Milli Ağaclandırma Günü çərçivəsində bu il də OGM-in koordinasiyası ilə “Gələcəyə Nəfəs” mövzusu altında tədbirlər keçirilib. Bu tədbirlərdə 1 milyon 280 min 491 vətəndaş təbiətə dəstək olmaq üçün bir araya gəlib. “Yaşıl Vətən Səfərbərliyi” çərçivəsində dövlət qurumları, tələbələr, qeyri-hökumət təşkilatları, fermerlər və könüllülər də daxil olmaqla, Türkiyənin hər yerindən vətəndaşlar fidanların əkilməsi tədbirlərinə qatılıb. Bu ilki tədbirlərdə meşə yanğınlarından zərər çəkmiş ərazilər prioritet hesab edilib. İstanbulda yanğından zərər görmüş 219 hektar ərazidə 788 min 550 fidan torpaqla qovuşdurulub. Egey və Aralıq dənizi regionlarında da bərpa işləri intensivləşdirilib.

Ölkə üzrə 1391 nöqtədə fidan əkini tədbirləri

Ölkə daxilində 1391 nöqtədə həyata keçirilən fidan əkini kampaniyaları ilə hər yaşdan vətəndaş “Şahidimiz Torpaq, İmzamız Fidan, Sevdamız Yaşıl Vətən” şüarı altında təbiətə töhfə verib. Türkiyə Milli Təhsil Nazirliyi də şagird və müəllimlərin aktiv iştirakı ilə ətraf mühit şüurunun kiçik yaşlardan etibarən güclənməsinə dəstək olub. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında imzalanan “Hər Bilet Bir Fidan Sevdamız Yaşıl Vətən Kampaniyası” protokolu çərçivəsində də bir il ərzində yüksək sürətli qatarlarla səyahət edən illik orta hesabla 13 milyon sərnişin adından fidanlar torpaqla qovuşdurulub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz