“Qara Qartallar” transfer fəaliyyətini hücum xəttini gücləndirməklə davam etdirir.
Tammy Abraham “Beşiktaş”da
İstanbul təmsilçisi “Roma” klubunun forması geyinən Nigeriya əsilli ingilis mərkəz hücumçusu Tammy Abraham ilə razılığa gəlib. Beşiktaş 27 yaşlı futbolçunun transferi üçün “Roma” ilə anlaşma əldə edib. Siyah-bəyazlılar transferin tamamlanmasından sonra İtaliya klubuna 20 milyon avro transfer haqqı ödəyəcək.
4 İLLİK MÜQAVİLƏ
“La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, müqavilə şərtləri də bəlli olub. Sözügedən xəbərdə İstanbul təmsilçisinin ingilis hücumçu üçün 20 milyon avro ödəyəcəyi açıqlanarkən, Tammy Abrahamın illik 6 milyon avro qazanacağı iddia edilib. Həmçinin, anlaşmanın 4 illik olacağı da xəbərin detallarına əlavə edilib.
Ötən yay, 2027-ci ilə qədər müqaviləsi olan “Roma”dan bir illik Milana icarəyə verilən 27 yaşlı hücumçu, Milanda 44 oyuna çıxaraq 10 qol vurub və 7 məhsuldar ötürmə edib. İngilis oyunçu 2021-ci ilin yayında “Çelsi”dən “Roma”ya 41 milyon avro transfer haqqı ilə keçmişdi.
Klub prezidenti Sərdal Adalının transfer xərcini 20 milyon avrodan aşağı salmaq istədiyi də bildirilir.