DONALD TRAMPIN YENİ TİCARƏT STRATEGİYASI: Yaponiyadan Suriyaya
ABŞ prezidenti Donald Tramp Truth Social sosial media hesabından mövzu ilə bağlı paylaşım edib. Yaponiyaya böyük hörməti olduğunu qeyd edən Tramp, "Düyümüzü almırlar, halbuki ciddi düyü qıtlığı yaşayırlar. Başqa sözlə, onlara sadəcə bir məktub göndərəcəyik və onları uzun illər ərzində bir ticarət tərəfdaşı olaraq görməkdən məmnun olacağıq," ifadələrini işlədib.
Donald Tramp daha əvvəl 200-dən çox ölkənin hamısı ilə razılaşma edə bilməyəcəklərini bildirərək, yaxın 1-2 həftə ərzində bu ölkələrə məktub göndərib ABŞ ilə əməkdaşlıq etmək üçün ödəməli olduqları tarif dərəcələrini açıqlayacaqlarını söyləmişdi.
Tramp, "Hər kəsə sadəcə 'Təbriklər, yüzdə 20, 25, 40, 50 tarif ödəyirsiniz' deyə məktub göndərmək istərdim," deyə qeyd etmişdi.
SURİYAYA TƏTBİQ OLUNAN SANKSIYALAR LƏĞV EDİLƏCƏK
Ağ Evin sözçüsü Karolin Livitt gündəlik mətbuat konfransında çıxış edib.
Donald Trampın Suriyaya qarşı ABŞ sanksiya proqramını sona çatdırmaq üçün prezident fərmanı imzalayacağını bildirən Livitt, "Bu, ölkənin sabitlik və sülh yolunu dəstəkləmək və təşviq etmək məqsədi daşıyır," deyib.
Fərmanla bağlı danışan Livitt, "Fərman, Suriyaya tətbiq olunan sanksiyaları ləğv edərkən, keçmiş Prezident Bəşər Əsəd və tərəfdarları, insan hüquqları pozucuları, narkotik qaçaqmalçıları, kimyəvi silah fəaliyyətləri ilə əlaqəli şəxslər, İŞİD və əlaqəli təşkilatlar, eləcə də İranın dəstəklədiyi qruplara qarşı sanksiyaların davam etməsini nəzərdə tutur," ifadələrini işlədib.
Trampın Yaxın Şərq səfəri zamanı Suriya rəsmiləri ilə görüşdüyünü və sanksiyaların ləğvi barədə vəd verdiyini dilə gətirən Livitt, Prezidentin sabit, vahid, özü və qonşuları ilə sülh içində olan Suriyanı dəstəkləməyə qərarlı olduğunu qeyd edib.
TRAMP NETANYAHUNUN İSRAİL XALQI ÜÇÜN BÖYÜK LİDER OLDUĞUNA İNANIR
Donald Trampın İsrail Baş naziri Binyamin Netanyahunun 2019-cu ildən bəri davam edən korrupsiya işlərinin ləğv edilməsi çağırışına dair suala cavab verən Livitt, bu işlərin İran və Qəzza ilə aparılan danışıqlara "fiziki və logistik" olaraq maneə törətdiyini iddia edib.
Trampın da özünü həbs etməyə çalışan bir məhkəmə sisteminin "qurbanı" olduğunu iddia edən Livitt, Prezidentin bu səbəbdən Netanyahunun "danışıqların ortasında məhkəməyə getməsi" mövzusunda empatiya göstərdiyini bildirib.
Livitt, Trampın İranın nüvə obyektlərini məhv etmək üçün Netanyahu ilə yaxından əməkdaşlıq etdiyini qeyd edərək, "Tramp, Netanyahunun İsrail xalqı üçün böyük bir lider olduğuna inanır," deyib.
TRAMPIN PAYLAŞIMI VƏ NETANYAHUNUN KORRUPSİYA İŞLƏRİ
ABŞ prezidenti Donald Tramp, 26 iyun tarixində Truth Social sosial media hesabından etdiyi paylaşımda, Netanyahunun 2019-cu ildən bəri davam edən korrupsiya işlərinin ləğv edilməsini tələb etmişdi.
Tramp, İsrailə milyardlarla dollar yardım etdiklərini söyləyərək Netanyahunun başına gələnləri özünə edilən "cadugər ovuna" bənzətmiş və "Buna icazə verməyəcəyik," ifadəsini işlətmişdi.
İsrailin Baş Prokuroru Aviçai Mandelblit, 21 noyabr 2019-cu ildə Netanyahu haqqında üç ayrı korrupsiya dosyasında, "rüşvət, etimadı sui-istifadə və şəxsi məqsədlər üçün vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamları ilə iddia qaldırmasını tələb etmişdi.
Vəzifədə olarkən mühakimə olunan "ilk İsrail Baş naziri" olaraq tarixə keçən Netanyahunun ilk iclası 24 may 2020-ci ildə Qüds Bölgə Məhkəməsində keçirilmişdi.
Netanyahu, ifadə vermək üçün ilk dəfə 10 dekabr 2024-cü ildə Təl Əviv Bölgə Məhkəməsində hakim qarşısına çıxmışdı.
Netanyahu, "1000", "2000" və "4000" dosya adıyla tanınan üç ayrı korrupsiya dosayası çərçivəsində rüşvət, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunur.