ABŞ prezidenti Donald Trampın qızı
Tiffany Trump əri Maykl Bulosla birlikdə, neft maqnatı türk iş adamı Ərcümənt Bayeqanın super lüks yaxtasında tətilə çıxıb.

Tiffany və Maykl bütün yay boyu Aralıq dənizində Bayeqana məxsus "Phoenix 2" gəmisi, daha sonra isə yunan enerji maqnatı İoannis Papalekasın "Magna Grecia" adlı yaxtası ilə istədikləri kimi səyahət ediblər.
"The New York Times" qəzetinin yazdığına görə, cütlük bu yaxtalarda etdikləri tətil üçün heç bir xərc çəkməyib. Tiffany və Maykl bu gəmilərdə pulsuz yeyib-içib, əyləniblər.

Ege dənizindən Aralıq dənizinin cənub sahillərinə qədər uzanan bu xəyalpərəst tətilin məqsədi yalnız əyləncə olmayıb.
Gəlini Tiffany və oğlu Maykl
Liviya sahillərində türk və yunan milyonerlərin yaxtalarında gəzintiyə çıxarkən, ata Bulos bu ölkədə regionun taleyini dəyişdirəcək mühüm danışıqlar aparırdı.
Massad Bulos Kimdir?
Mayklın atası və Tiffany Trumpın qayınatası Massad Bulos, Tramp ailəsinin "Afrika təmsilçisi" kimi həm faktiki, həm də qeyri-rəsmi bir vəzifəni icra edir.

Xüsusi nümayəndələr Tom Barrack və Stiv Vitkoffdan fərqli olaraq, siyasətçi olmayan, partiya əlaqələri olmayan və ABŞ qurumları tərəfindən nəzarət edilməyən Massad Bulos, sənədlər üzərində sadəcə Trampın yaxın dostu və ABŞ prezidentinin qızı üçün qayınatadır.
Lakin Bulos, Tramp komandası üçün "Afrikanın superulduzu" hesab olunur. ABŞ-ın ticarət maraqlarını, xüsusilə də Şimali Afrika ölkələrində təmsil edən bu qeyri-rəsmi diplomat, ABŞ və Tramp ailəsi üçün çox əhəmiyyətli müqavilələrə yol açıb.
Bəs Bulosun gəlini türk milyarderin yaxtasında olarkən, o,
Liviyada nə edirdi? Bulos, iki hissəyə bölünmüş ölkənin lideri Əbdülhəmid Dibeybə ilə naharda görüşüb.
Trampın Yeni Hədəfi: Liviya?
Neftlə zəngin
Liviya, keçmiş diktator
Müəmmər Qəddafinin ölümündən bəri parçalanmış vəziyyətdədir. Türkiyə və Yunanıstanın geosiyasi münaqişə nöqtəsinə çevrilən bu ölkə, ABŞ investisiyalarından böyük gəlir əldə edə bilər.

Bulos, məhz bu səbəbdən Əbdülhəmid Dibeybə ilə yemək yeyib. "NYT" xəbərinə görə, görüşün əsas mövzusu ABŞ-da dondurulmuş
Liviya fondlarının azad edilməsi və bunun müqabilində ABŞ podratçılarının Liviyada infrastruktur layihələrinə başlaması idi.
Bulos bu vəziyyətlə bağlı suallardan yayınsa da, daha sonra ətraflı cavab vermək məcburiyyətində qalıb. O, naharın ABŞ diplomatlarının iştirakı ilə baş verdiyini və işgüzar məsələlərin müzakirə edildiyini təsdiqləyib.
Tiffany Trump'ın Tətili və Arxa Plandakı Gerçəklik
Bu zaman davam edən Tiffany və Mayklın tətili də bu yolla daha aydın oldu. Aralıq dənizindəki enerji resursları ilə bağlı mübahisə edən Türkiyə və Yunanıstan üçün əsas bölgə olan
Liviyada bir ABŞ sərmayəsi bütün tarazlıqları poza bilər.

Buna görə də Tiffany Trumpın Ərcümənt Bayeqanın yaxtasından yunan enerji maqnatı İoannis Papalekasın lüks gəmisinə keçməsi təəccüblü deyil.
Liviya hər iki ölkənin enerji resursları ilə məşğul olan iş adamları üçün son dərəcə vacib mövzudur. İndi əsas sual budur ki, Liviyadakı sərmayələr iki şirkət arasında bölüşdürüləcək, yoxsa aralarından biri seçiləcək.
"NYT" qəzetinin məlumatına görə, BGN International tətilin heç bir razılaşma ilə bağlı olmadığını və "tamamilə şəxsi səbəblərə" görə edildiyini bildirib. Lakin Massad Bulosun Liviyadakı görüşləri haqqında heç bir məlumat verilməyib.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz