ABŞ prezidenti Donald Trampın rəhbərliyindəki yüksək səviyyəli şəxslər arasında son vaxtlar yenidən alovlanan
Ceffri Epşteyn dosyası ilə bağlı ciddi ziddiyyətlər yaranıb. Federal Təhqiqatlar Bürosunun (FTB) sədr müavini Den Bonqino ilə ədliyyə naziri Pem Bondi arasında Ağ Evdə baş verən gərgin iclasdan sonra Bonqinonun vəzifəsindən ayrılacağı iddia edildi. Bu mübahisənin əsas səbəbi isə
Epşteynin ölümü ilə bağlı yayımlanan təhlükəsizlik kamerası görüntülərindəki "əskik bir dəqiqə" oldu.
Videodakı Bir Dəqiqəlik Sirr
Amerika ictimaiyyəti qız uşaqlarına qarşı cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilən; 2019-cu ildə cəzaçəkmə müəssisəsində ölü tapılan amerikalı milyarder
Ceffri Epşteynin işinin bağlandığını düşünürdü. Lakin ötən həftə ictimaiyyətə açıqlanan 10 saatlıq video,
Epşteynin kamerasında heç kimin olmadığını göstərən "sübut" kimi təqdim edildi. Qısa müddət ərzində videoda tam bir dəqiqəlik boşluq olduğu aşkarlandı. Bu itkin vaxt Epşteynin ölümü ilə bağlı sui-qəsd nəzəriyyələrini yenidən gündəmə gətirdi.
Epşteynin Ölüm Saatindəki Kəsinti
Rəsmilər bu itkin dəqiqəni "qeydiyyat sisteminin hər gecə saat 00:00-da özünü yenidən başlatması" ilə izah etdilər. Lakin video
Epşteynin ölüm saatına təsadüf edən kəsinti səbəbindən inandırıcılığını itirdi. Keçmiş
məxfi xidmət agenti və Respublikaçı dairələrin sevilən podkast aparıcılarından olan Bonqino, bu videonun yayımlanması prosesində ən çox israr edən şəxs idi. Lakin reaksiya artdıqca, tənqidlər ona yönəldi.
Vəzifəsindən Getmə Sinyalları
Cümə günü işə gəlməyən Bonqinonun vəzifəsindən ayrıldığı iddia edildi. Onun yaxın çevrəsindən bir mənbə "Axios"a verdiyi açıqlamada "Den bir daha qayıtmayacaq" deyib. Ağ Ev rəsmiləri onun hələ də vəzifədə olduğunu bildirsələr də, istefa iddiaları təkzib edilməyib.
Gərgin İclas və İttihamlar
Çərşənbə günü Ağ Evdə keçirilən təhlükəsizlik iclasında mübahisələr pik həddə çatdı. İclasa FTB sədri Kaş Patel, Ağ Evin baş katibi Syuzi Uaylz və onun müavini Teylor Budoviç də qatıldı. İddialara görə, Bondi
Epşteynin "müştəri siyahısı" ilə bağlı çox söz verib nəticə əldə edə bilmədiyi üçün Bonqino tərəfindən ittiham olundu. Digər tərəfdən, Bonqinonun videonu kifayət qədər araşdırmadan yayımlatdığı və bunun Ağ Evi çətin vəziyyətdə qoyduğu danışılır. İclasda Bonqinonun məlumat sızdırdığına dair xəbəri rədd etməsi ilə mübahisə daha da alovlandı. Bonqinonun sərt çıxışı ilə vəziyyət gərginləşdi və iclas "dostcanlı olmayan" bir atmosferdə başa çatdı. Bonqinonun iclası qəzəblə tərk etdiyi və yaxın çevrəsinə "kifayət qədər tək buraxıldım" dediyi iddia edildi.
Mübahisəli "Epşteyn Dosyası"
Pem Bondiyə yönələn tənqidlər davam edərkən, ABŞ prezidenti Donald Trampın şəxsən müdaxilə edərək "Pemi sevirəm, o, möhtəşəm insandır" dediyi qeyd edildi. Lakin kulislərdə Bondinin
Epşteyn dosyasını yaxşı idarə edə bilmədiyini düşünən bir çox şəxsin olduğu bildirilir. ABŞ prezidenti Donald Trampın ətrafında nüfuzlu bir şəxs olan Laura Lumer də "X" (əvvəlki adı "Twitter") üzərindən etdiyi paylaşımda həm Bonqinonun, həm də Patelin
Epşteyn prosesindən narazı olduğunu açıqladı.
Kurumsal Ziddiyyət Yoxdurmu?
Epşteyn dosyası ABŞ prezidenti Donald Tramp rəhbərliyinin ən etibarlı adlarını qarşı-qarşıya qoyarkən, ictimaiyyətdə "həqiqətlər hələ də gizli qalıbmı?" sualını yenidən gündəmə gətirdi. Ədliyyə nazirinin müavini Todd Blanç yayımlanan birgə FTB-Ədliyyə Nazirliyi bəyanatında Bonqino və Patelin də imzasının olduğunu xatırladaraq "kurumsal ziddiyyətin olmadığını" bildirsə də, daxili məlumatlar vəziyyətin tamamilə fərqli olduğunu göstərir.
Epşteyn İşində Nələr Baş Vermişdi?
Ən kiçiyi 14 yaşında olmaqla, 18 yaşınadək onlarla qız uşağına qarşı cinsi istismarda bulunmaq və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan
Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropoliten Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılmışdı. Rəsmilər Epşteynin ölüm səbəbini intihar kimi açıqlasalar da, ailə üzvləri bunu rədd edərək şübhələrini dilə gətirmişdilər.
Epşteynin rəfiqəsi Gisley Maksvel, bəzi varlılar, məşhurlar və dövlət məmurları üçün yetkinlik yaşına çatmayan qızların fahişəlik toruna salınması təşkilatında Epşteynin qanunsuz fəaliyyətlərinə kömək etməkdə ittiham olunduğu işdə təqsirli bilindi. Yanvar ayının əvvəllərində yayımlanmağa başlayan
Epşteyn dosyası bu mövzunu yenidən gündəmin ilk sıralarına gətirdi; hakimin qərarı ilə 4 hissədə yayımlanan cəmi 4500-dən çox sənəd, Epşteyn ilə bir çox məşhur adın əlaqəsini ortaya qoydu. Açıqlanan iş materiallarında Şahzadə Endryu, keçmiş ABŞ prezidentləri Bill Klinton və ABŞ prezidenti Donald Tramp, keçmiş İsrail baş naziri Ehud Barak, keçmiş ABŞ vitse-prezidenti El Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzyonist Devid Kopperfild, hüquqşünas Alan Derşoviç və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış şəxslərin adları yer alırdı. Sənədlərdə Klinton və Trampın adları olsa da, prezidentlərə qarşı heç bir ittiham irəli sürülməmişdi.
24 saat