Gündəm 12.07.2025

Ailə tətilində dəhşət: 11 yaşlı qız 70 metrdən düşdü

Ailə tətilində dəhşət: 11 yaşlı qız 70 metrdən düşdü

Üç övladlı ailənin Braziliyaya səyahəti faciə ilə nəticələndi. Cənubi Amerika ölkəsi Braziliyanın milli parklarını ailəvi gəzən Zanella ailəsinin kiçik qızı, 11 yaşlı Bianca Bernardon Zanella, ailəsindən uzaqlaşdıqdan sonra Fortaleza Kanyonundan 70 metr aşağı düşdü.

Hadisə, Rio Grande do Sul əyalətinin Cambará do Sul bölgəsində yerləşən Serra Geral Milli Parkında cümə axşamı günü günorta saatlarında baş verib. Zanella, Kanyonun ən yüksək nöqtəsinə yaxın bir ərazidə atası ilə birlikdə olarkən qaçmağa başlayıb. Atası onu fərq etdikdə arxasınca düşsə də, kiçik qız ayağının sürüşməsi nəticəsində uçurumdan aşağı düşdü.

Xilasetmə əməliyyatında çətinliklər

Ailə Kanyondan ayrılmaq üzrə olduğu vaxt ana, acımış iki kiçik oğlunu yaxınlıqdakı bir bufetə aparmışdı. Ata, otizmli qızı Bianca ilə birlikdə geridə qalmışdı. Bir skamyada oturmağa hazırlaşarkən, Zanella qəflətən qaçdı.

Kiçik qızın uçurumdan aşağı düşməsindən sonra bölgədə axtarış işlərinə başlanıldı. Əvvəlcə duman və pis hava şəraiti səbəbindən helikopter dəstəyi təmin edilmədi. Saatlar sonra xilasedicilərin göndərdiyi pilotsuz uçuş aparatı (PUA) ilə uşağın yeri aşkar edildi. Lakin PUA, kədərli xəbərlərlə geri döndü.

Acı xəbər gecə saatlarında gəldi

Axşam saatlarında bir qrup xilasedici dağ yamacına kanatla endi. Axtarış saat 23:00 radələrində başa çatdı. Xilasedicilər Zanella'nın cansız cəsədini tapdılar.

Qəzadan sonra, polis istintaqı çərçivəsində Braziliyada yerləşən milli park müvəqqəti olaraq ziyarətə bağlandı. Fortaleza Kanyonunun yerləşdiyi bölgə dəniz səviyyəsindən təxminən 1.100 metr yüksəklikdədir və ətrafındakı gəzinti cığırları ilə tanınır. Bunların bəziləri, kiçik Biancanın başına gələn faciəvi qəza kimi hadisələrin təkrarlanmaması üçün xüsusi nəzarət altında saxlanılır.

Braziliya Prezidenti Luiz Inácio Lula da Silva da hadisə ilə bağlı açıqlama verdi. Sosial media hesabında o, “11 yaşlı kiçik Bianca Zanella'nın ölümü məni dərindən sarsıtdı. Serra Geral Milli Parkında bir uçurumdan düşən Bianca üçün təhlükəsizlik qüvvələri böyük səy göstərdi. Təəssüf ki, onu canlı xilas etmək mümkün olmadı. Ailəsinə ən dərin başsağlığımı bildirirəm. Tanrı bu ağrılı dövrdə onlara kömək olsun” sözləri ilə hisslərini bölüşdü.

24 saat