İdman 17.08.2025

Anadoludan futbolda yeni dalğa yüksəlir

Anadoludan futbolda yeni dalğa yüksəlir
İki köklü BursasporEskişehirspor komandaları yoldaşlıq matçında bir araya gəldi.

Nostalji və həmrəylik dolu oyun

Bir zamanlar Süper Liqada fırtına kimi əsən iki komanda – BursasporEskişehirspor – xüsusi bir matçda qarşılaşıb. Bu görüş, həm nostalji hisslərini oyadıb, həm də dəyərli bir məqsədə xidmət edib.

Bu mövsüm 2-ci Liqaya yüksələn Bursaspor və 3-cü Liqada mübarizə aparacaq Eskişehirspor, ölkədə baş verən yanğınların fəsadlarını aradan qaldırmaq üçün başladılan ağacəkmə kampaniyasına dəstək məqsədilə Bursa Matlı Atatürk Stadionunda üz-üzə gəldi.

Tribunalar doldu, şəhidlər anıldı

Hər iki komandanın azarkeşləri tribunaları dolduraraq matça xüsusi bir rəng qatıb. Stadionda təxminən 40 min tamaşaçı yer alıb.

Bursaspor ilk hissədə Muhammed Demirin, ikinci hissədə isə Ertuğrul Ersoyun qolları ilə 2-1 hesablı qələbə qazanıb. Eskişehirsporun yeganə qolunu Deniz Keskin vurub.

Matçdan öncə ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarında həlak olan meşə işçilərinin və könüllülərin fotoları tribunlarda nümayiş etdirilib. Bundan əlavə, "Unutmadıq, unutmayacağıq" və "Eyni atəş yandırdı canımızı, eyni ürək söndürər bu yanğını" yazılı plakatlar da tribunlarda yer alıb.

Yanğınlarla mübarizə aparan Meşə Baş İdarəsində çalışan qruplar Bursaspor rəhbərliyi tərəfindən xüsusi qarşılaşmanın qonağı olaraq ağırlanıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz