ABŞ, İsrail, Suriya və Suriya Demokratik Qüvvələri (
SDQ) təmsilçiləri Parisdə bir araya gəliblər. Lakin Suriyada sülhün təmin edilməsi məqsədilə təşkil edilən bu görüşlər uğursuzluqla nəticələnib.
Danışıqlara ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Əl Şeybani, İsrailin Strateji İşlər Naziri Ron Dermer və YPG-yə bağlı qüvvələrin lideri Məzlum Abdi qatılıb.
Ankara və Dəməşqin qırmızı xətti olan sözügedən qüvvələrin tərksilah edilməsi Suriya mənbələrinə görə baş tutmayıb.
Həmin qüvvələr silahlarını öz qırmızı xətti elan edərək, Dəməşqə bağlı muxtar bir idarəçilik istədiklərini bir daha vurğulayıblar. Lakin bu tələbin Dəməşq tərəfi üçün qəbuledilməz olduğu bildirilib.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack-ın vasitəçiliyi ilə aparılan görüşmələr nəticəsiz başa çatıb. Suriya Demokratik Qüvvələri və Əhməd əl-Şaraa-nın Dəməşq administrasiyası razılaşma əldə etmədən geri dönüblər.
SURİYADA FAKTİKİ MUXTAR BÖLGƏLƏR YARANIR
Bu danışıqlardan qısa müddət sonra
Süveydadakı toqquşmalar da masaya qoyulub. Lakin bu məsələdə atəşkəs maddələri sadalanaraq qəbul edilib.
Vilayətlə bağlı görüşlərə Suriya və İsrail heyətləri qatılıb. Görüş bu ərazidən daha çox, İsrail və Suriya arasında aparılıb.
Bu maddələr Suriyanın bölünməsi deməkdir. Belə ki, Dəməşq administrasiyası vilayətdən tamamilə çəkiləcək. Vilayətdəki Druzlar faktiki olaraq muxtar olacaqlar.
Bu halda Suriyada
SDQ Suriyanın şərqində, cənubda isə
Süveyda faktiki muxtar bölgələrə çevrilmiş olur.
SÜVEYDADA ATƏŞKƏSİN MADDƏLƏRİ
Görüşdən sonra ABŞ-ın nəzarəti altında qəbul edilən razılaşmanın maddələri Suriya İnsan Hüquqları Müşahidə Təşkilatı tərəfindən yayımlanıb.
Razılaşmaya əsasən vilayət ABŞ-ın nəzarətinə keçib. Bununla yanaşı, insan hüquqları pozuntularını araşdırıb ABŞ heyətinə təqdim edəcək bir komitə də yaradılıb.
Dəməşqə bağlı qüvvələr və Bədəvi qəbilələri bu vilayətin mərkəzindən və kəndlərindən tamamilə geri çəkiliblər. Druz milisləri bölgədə patrul xidmətinə başlayıb.
Suriya hökumətinə bağlı hər hansı təşkilat və ya qurumun bu vilayətə girişi əngəllənərkən, Birləşmiş Millətlər Təşkilatının qurumlarının girişinə icazə verilib.
Vilayətdə infrastruktur və sosial xidmətlərin təmin edilməsi vəzifəsi bölgədə yaradılacaq şuralara verilib. Yəni bölgə Dəməşq administrasiyasından rəsmən ayrılıb.
Bununla yanaşı, Kuneytra və Dəra bölgələri tərksilah edilib və bu ərazilərdə silaha sahib olmayan sakinlərindən yerli təhlükəsizlik komitələri yaradılması qərara alınıb.
sələfi
24 saat
Oxucu Şərhləri
Bəlkə də, regional və beynəlxalq güclərin iştirakı ilə deyil, Suriya daxilində fərqli qrupların birbaşa danışıqlarını və qarşılıqlı güzəştlərə əsaslanan daha alt-yuxarı bir yanaşma səmərəli olardı. Bu yanaşma, qruplar arasında etimadın bərpa edilməsinə və uzunmüddətli bir sülhə doğru irəliləməyə kömək edə bilərdi. Ancaq bu prosesin nəticə verməsi üçün güclü beynəlxalq təzyiq və vasitəçilik mütləqdir. Əks halda, bu yalnız başqa bir uğursuz cəhd ola bilər. Əgər beynəlxalq oyunçular öz maraqlarını Suriyanın sülhündən üstün tutmağa davam edərsələr, Suriyanın parçalanması real təhlükə olaraq qalacaq.
Şərh Yaz