FƏNƏRBAXÇANIN YENİ TRANSFERİ ARÇİ BRAUN HEYƏCANINI PAYLAŞDI
Fənərbaxçanın yeni futbolçusu Arçi Braun, özünü sarı-göy rənglərə bağlayan müqaviləni imzaladıqdan sonra ilk açıqlamalarını verib.
Komandaya transfer prosesini izah edən gənc futbolçu, sarı-göy formanı geyinmək üçün səbirsizliklə gözlədiyini bildirib.
Transferindən sonra Fənərbaxça Televiziyasına verdiyi ilk müsahibəsində "Özümü evimdəki kimi hiss edirəm" deyən Arçi Braun sözlərinə belə davam edib:
"Öncəliklə təşəkkür edirəm, açığı desəm, özümü evimdəki kimi hiss edirəm. Bura gəlməzdən əvvəl də özümü artıq bu ailənin bir hissəsi kimi hiss edirdim. İndiyə qədər bunu bu şəkildə təsvir edə bilərəm. Dürüstcə desəm, güclü hisslər içərisindəyəm. Şükürlər olsun ki, bura doğrudan da indidən mənə evimi xatırladır."
XOSE MOURİNYONUN RƏHBƏRLİYİ İLƏ KARYERAMIN ZİRVƏSİNƏ ÇATMAĞA ÇALIŞACAĞAM
Xose Mourinyo ilə işləyəcəyi üçün qürur duyduğunu dilə gətirən Braun qeyd edib: "Xose Mourinyo bu kluba gəlməyimdə ən mühüm amillərdən biri olub. Mənim üçün onun təcrübələrindən çox şey öyrənmək, onunla işləmək böyük bir fürsətdir. Qısası, ondan maksimum bilik əldə etməyə və onun rəhbərliyi altında karyeramın ən yaxşı dövrünü yaşamağa çalışacağam. Bu səbəbdən də bu, mənim üçün böyük bir şərəfdir."
HƏR KƏS TƏRƏFİNDƏN İSTƏNİLMƏK MƏNİM ÜÇÜN HƏLLEDİCİ OLDU
İngilis futbolçu Fənərbaxçanı seçmə səbəblərini belə sıralayıb:
"Düşünürəm ki, bu, bir neçə səbəbin birləşməsi idi. Birincisi, əvvəlcə qeyd etdiyim kimi, klubdakı ailə mühiti idi. Hər kəs tərəfindən bu qədər istənilməyimi hiss etmək mənim üçün həqiqətən də çox vacib idi. Bundan əlavə, Devin Özəklə möhtəşəm bir görüşüm oldu. Bu, mənim üçün həqiqətən də həlledici amil idi. Prezident də eyni şəkildə. Həm prezident, həm də Devin Özək mənə özümü evimdəki kimi hiss etdirdilər, həqiqətən də xoş qarşılandığımı və burada olmağımı istədiklərini hiss etdirdilər. Açığı, onlara böyük minnətdarlığımı bildirməliyəm, çünki onlar olmasaydı, indi burada olardım mı, bilmirəm. Bu səbəbdən də onlara mütləq minnətdaram."
BU KLUB ÜÇÜN HƏR ŞEYİMİ VERMƏYƏ HAZIRAM
Sonda azarkeşlərlə bağlı danışan Arçi Braun sözlərini belə yekunlaşdırıb: "Azarkeşlərə mesajım budur: Meydanda olmağı səbirsizliklə gözləyirəm. Burada olduğum müddətcə sona qədər mübarizə aparacağam. Meydanda əlimdən gələn hər şeyi verəcəyəm və məndən hər şeyi gözləyə bilərsiniz. Doğrudan da bu Fənərbaxça klubu üçün hər şeyimi verməyə hazıram. Burada olmaq mənim üçün bir şərəfdir. Başlamaq üçün səbirsizliklə gözləyirəm.”