HASTALIQ QUŞ YEMLİKLƏRİ VASİTƏSİLƏ YAYILIR
Meyn Balıq və Vəhşi Təbiət Departmanının bioloqu Şevenell Veb (Shevenell Webb) bildirib ki, virus əsasən bağçalardakı quş yemlikləri vasitəsilə yayılır. Veb qeyd edib: “Eyni nöqtədə çox sayda sincap toplandığı zaman, onlardan biri xəstədirsə, virus digərlərinə sürətlə keçə bilir”.
İnsanlara yoluxurmu?
Mütəxəssislərin fikrincə, sincap fibromatozu əsasən boz sincaplarda müşahidə olunur. Bu xəstəlik insanlara və ya ev heyvanlarına keçmir, yalnız yaralar və tüpürcək vasitəsilə sincaplar arasında yayılır. Dəridə çibanabənzər, tük olmayan kütlələrin yaranmasına səbəb olan bu virus vizual olaraq qorxuducu görünsə də, əksər hallarda ölümcül deyil.
Dovşanlarda da müşahidə olunur
Pambıq quyruqlu papilloma virusu (CRPV) səbəbindən dovşanlarda buynuza bənzər şişlər, ağız, yanaq və göz ətrafında qara tükəbənzər törəmələr əmələ gəldiyi bildirilib.
Bu virus dovşanlarda dəri üzərində buynuzabənzər keratinləşmiş şişlərə səbəb olur. Bəzi şişlər metastaz verə bilər və ya böyüyərək dovşanın qidalanmasını çətinləşdirə bilər.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz