İdman 17.08.2025

Barış Alperlə bağlı gözlənilməz qərar verildi, top idarədədir

Barış Alperlə bağlı gözlənilməz qərar verildi, top idarədədir

Barış Alper Yılmaz yenidən parlayır

Barış Alper Yılmaz fasilədən sonra daha da inkişaf edərək yoluna davam edir. Ard-arda qazanılan liqa çempionluqlarında göstərdiyi futbolla diqqət çəkən milli futbolçu, yeni mövsümə də sürətlə başladı. Əvvəlcə "Antep"ə vurduğu iki qolla, daha sonra isə "Qaragümrük" matçında da fərqlənən 25 yaşlı futbolçunun transferi gündəmdədir. Səudiyyə Ərəbistanı klubu NEOM-un Barış Alper Yılmaz üçün 40 milyon avro dəyərində təklif edəcəyi, "Qalatasaray" rəhbərliyinin isə 50 milyon avro tələb etdiyi bildirilir.

Transfer təklifi rəhbərliyin ağlını qarışdırdı

Milli futbolçunun nümayiş etdirdiyi uğurlu oyun rəhbərliyi çaşdırıb. Çempionlar Liqasında iştirak etmək üçün qalmaq istəyən Barış Alper Yılmaz, oynadığı futbolla bu istəyini sübut etdi. Avropadan da bir çox klubun diqqət mərkəzində olan Barış Alper Yılmazın gələcəyi yaxın zamanda aydınlaşacaq. "Qalatasaray" rəhbərliyinin planları arasında milli futbolçuya yüksək məbləğli yeni müqavilə təklif etmək də var.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz