Transfer sürprizi: Nordi Mukiele İngiltərə yolunda
Yay transfer dövrü ərzində adı tez-tez Türkiyənin aparıcı klubları "Beşiktaş" və "Fənərbaxça" ilə hallanan fransalı futbolçu Nordi Mukiele gözlənilməz bir qərarla İngiltərə Premyer Liqası komandasına keçib.
"Sanderlend" Mukiele ilə 5 illik müqavilə imzaladı
İngiltərə Premyer Liqasının iddialı təmsilçilərindən olan "Sanderlend" klubu, Paris Saint-Germain-in 27 yaşlı sağ cinah müdafiəçisi Nordi Mukiele ilə rəsmi müqavilə imzalayıb. Klub bu transfer üçün Paris təmsilçisinə 14 milyon avro təzminat ödəyəcək. Mukiele ilə 5 illik müqavilə imzalanıb. Bundan əvvəl Fransa mətbuatında yayılan xəbərlərdə Mukiele-nin "Fənərbaxça"nın təklifini rədd etdiyi bildirilirdi.
Mukiele: "Mənə sevgi verənlərə hər şeyimi verərəm"
"Sanderlend"ə keçdiyi üçün böyük sevinc yaşadığını bildirən fransalı oyunçu Nordi Mukiele emosional açıqlamalar verib: "Əgər mənə sevgi versəniz, sizə on qat artıq sevgi verəcəyəm. Sonuna qədər burada edəcəyim şey budur, ürəkdən gəlirəm. Futbolu çox sevirəm və mənə sevgi verən insanlara hər şeyimi verməyi sevirəm".
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz