İdman 18.07.2025

Beşiktaşda sistem oturdu ən böyük çatışmazlıq

Beşiktaşda sistem oturdu ən böyük çatışmazlıq

“Beşiktaş” 14 günlük Avstriya məşq düşərgəsini tamamlayaraq İstanbula qayıdır.

UEFA Avropa Liqası 2-ci Təsnifat Mərhələsində iyulun 24-də “Şaxtyor Donetsk”lə qarşılaşacaq Beşiktaşlılar Avstriyada həm mövsümün, həm də bu vacib oyunun hazırlıqlarını görüb. Toplanış müddətində əsasən səhərlər meydanda, axşamlar isə məşq zalında məşq keçirən baş məşqçi Ole Qunnar Solskjaer dörd yoxlama matçında demək olar ki, bütün futbolçulara şans verərək hər kəsin vəziyyətini yaxından görmək imkanı əldə edib.

Yeni mərkəz hücumçusu Temmi Abraama uyğun oyun sistemi quracağını açıq şəkildə bildirən Solskjaer məşqlərdə və oyunlarda 4-2-3-1 sxemi üzərində dayanarkən, bəzən hücumçusuz 4-6-0 sistemini də tətbiq etməkdən çəkinməyib.

Kənar hücumçu və 6 nömrə çatışmazlığı

Heyətinə mərkəz hücumçusu Temmi Abrahamı, yarımmüdafiəyə Orkun Kökçünü, sol cinah müdafiəsinə isə Yuraseki qatan Beşiktaşın ötən mövsüm ən çox ehtiyac duyduğu kənar hücumçu və 6 nömrə mövqeyinə hələ də transfer edilməyib.

Oynanan yoxlama matçlarında Raşitsa, Joao Mario, Rafa, Mui, Arroyo kimi adlar daim sınaqdan keçirilsə də, həm hücumda, həm də müdafiəyə yardımdakı kifayət səviyyədə kənar hücumçunun olmaması oyunlarda çox açıq şəkildə nəzərə çarpıb. Eyni şəkildə rəqibə verilən qol imkanlarının orta zonadan və cinah arxasına ötürmələrdən yaranması da komandada 6 nömrə çatışmazlığını bütün çılpaqlığı ilə gözlər önünə sərib.

Mövcud 6 nömrələrdən Əl Musratinin məşqlərdə və oyunlarda diqqətsiz davranması onun hər an komandadan ayrılacağının ən böyük işarəsidir. Əmir və Kartal yaxşı niyyətli olsalar da, çempionluq yarışında yüksək töhfə verəcək səviyyədə deyillər. Bütün bunların işığında ən azı iki kənar hücumçu və bir 6 nömrə transferi qaçılmazdır. Cedson Fernandesin futbol hüquqlarının Benfikadan alınması və ardınca dərhal satılması halında isə yenə bir 8 nömrə transferi zəruri hala gələcək.

Gedəcək futbolçuların sayı çoxdur

Son oynanılan "Petrjalka" matçı da göstərdi ki, Beşiktaşda yolların ayrılacağı futbolçuların sayı xeyli çoxdur.

Slovakiya ikinci liqa komandasına qarşı ilk hissədə effektsiz çıxış edən heyətdən Emrecən Uzunhan, Tayyib Talha, Elan Rikardo, Emrecən Tərzi və həm Van Bronkhorstun, həm də Solskjaerin yarımmüdafiədə yerləşdirə bilmədiyi Salih Uçan göndərilməyə namizəd adlardır. Bunlarla yanaşı, Onana, Əmir Hacıəhmədoviç, Əl Musrati, Baxtiyar Zaynutdinov da gedəcək adlar arasında sıralanır. Gənc hücumçular Semih və Mustafadan birinin mütləq icarəyə verilməsi də söhbət mövzusudur. Lakin Mustafanın zədəsinin vəziyyəti ad məsələsində həlledici olacaq.

24 saat