İsrail-GKRY əlaqələrinin arxasında hansı maraqlar dayanır?
Orta Şərq üzrə mütəxəssis Haydar Orucun fikrincə, İsrailin "Mavi Mərmərə" hadisəsindən sonra Türkiyəni cəzalandırmaq və təkləmək siyasəti mövcuddur. Bu siyasət çərçivəsində İsrail Yunanıstan və Kipr Rum rəhbərliyini əsas aktorlardan biri kimi istifadə edir. Bu münasibətlər, bəlkə də, hazırda ən yüksək səviyyəsinə çatıb. Son dövrlərdə Kipr Rum icmasına İsraildən çoxlu turist axını müşahidə olunur. Onların bir hissəsi Türkiyəyə getməmək üçün bu ölkəni seçir. Turistlərin rastlaşdığı divar yazıları nazir Çiklinin hərəkətə keçməsinə səbəb olub. İsrailin başqa bir ölkənin daxili işlərinə bu cür müdaxilə etməsi nadir olsa da, dolayısı ilə buna bənzər hadisələr xüsusilə son dövrlərdə yaşanır. ABŞ və Almaniyada, eləcə də Ərəb ölkələrində (Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi) əsas mediada İsraili tənqid edən yazıların dərc edilməsi qadağandır. İsrail bunu xüsusilə kiçik ölkələrə qarşı tətbiq edir. Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin 80-ci BMT Baş Assambleyasındakı çıxışını izlədim. İki ölkə arasında ittifaq münasibətləri olmasına baxmayaraq, o, Qəzzadakı siyasəti tənqid etdi. Bu, hökumətlərin öz ictimaiyyətlərinə hesabat vermək öhdəliyinin olduğunu göstərir. İsrail ilə Kipr Rum rəhbərliyi arasında bağlanan silah anlaşmasına gəlincə, bu müttəfiqlik münasibətlərinin adanın müdafiəsinəmi xidmət edəcəyi, yoxsa İsrailin Türkiyəyə qarşı bir ön post kimi istifadə etmək niyyətində olduğu müzakirə olunur. Müxalifətin bunu dəstəkləməməsi müsbət bir haldır. Kipr Rum rəhbərliyi İsrail-GKRY əlaqələrini dərinləşdirməkdə o qədər də rahat deyil.
Kipr məsələsi və regional balans
Dumlupınar Universiteti Beynəlxalq Münasibətlər Bölməsinin rəhbəri professor Hüsaməttin İnaç qeyd edir ki, son illərdə GKRY, Yunanıstan və İsrail arasında münasibətlər xeyli güclənib. Xüsusilə Kipr Rum rəhbərliyində İsrailin hava hücumundan müdafiə və radar sistemlərini yerləşdirməsi, buranı demək olar ki, hərbi bazaya çevirməsi və israilli köçkünlərin son illərdə əhəmiyyətli dərəcədə torpaq alaraq varlıqlarını genişləndirməsi diqqət çəkir. Bu vəziyyət adi Kipr Rum vətəndaşı üçün ciddi bir təhlükə olaraq görülür. Bundan əlavə, bu inkişaflar beynəlxalq razılaşmalara da ziddir. 1959 və 1960-cı illərin London və Sürix müqavilələrinə görə, adada – həm Şimali, həm də Cənubi Kiprdə yalnız Böyük Britaniya, Türkiyə və Yunanıstan baza qura bilər. Deməli, qeyri-hüquqi bir proses gedir. Kipr Rum vətəndaşları da bu qanunsuz inkişaflara imza atan və İsrailin yanında yer alan hökumətə qarşı ciddi etiraz edir. Bu vəziyyət Kipr Rum rəhbərliyində iqtidar və müxalifət arasında ciddi gərginlik və qarşıdurmaya səbəb olur. Xülasə, Cənubi Kipr İsrailin bir müharibə gəmisinə və ya aviadaşıyıcısına çevrilib. Cənubi Kipr üçün təhdid və risk amilləri getdikcə artır və buna reaksiya göstərilməsi tamamilə təbiidir.
Ankaranın mövqeyi və təhlükəsizlik tədbirləri
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "Ramform Hyperion" adlı Norveç bayraqlı gəminin Kipr adasının cənubunda və Kipr Türk xalqının da bərabər hüquqlara sahib olduğu kontinental şelfdə icazəsiz fəaliyyətlər həyata keçirdiyini bildirərək etiraz edib. Keçeli, "Yalnız Kipr Rum xalqını təmsil edən Kipr Rum rəhbərliyinin (GKRY), Kipr məsələsində Kipr Türk xalqı adından adanın ətrafında təktərəfli sərəncam vermək səlahiyyəti yoxdur" ifadəsini işlədib. Keçeli, bu çərçivədə, sözügedən icazəsiz fəaliyyətlərə dair Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyinin ortaya qoyduğu haqlı etirazını Türkiyənin də dəstəklədiyini bəyan edib.
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri İsraildən alınan "Barak MX" Hava Hücumundan Müdafiə Sisteminin Limassol üzərindən Kipr Rum rəhbərliyinin daxili bölgələrinə göndərildiyi barədə məlumatlar keçən günlərdə Cənubi Kipr mətbuatında yer almışdı. Nazirlik mənbələri sözügedən xəbərlərlə bağlı "Kipr Rum rəhbərliyinin davam edən silahlanma cəhdlərinin və adadakı sülh və sabitliyi pozacaq fəaliyyətlərinin təhlükəli nəticələrə səbəb ola biləcəyini bir daha xatırlatmaq istəyirik. Adadakı tarazlığı pozmağa yönəlmiş hər cür təşəbbüs diqqətlə izlənilir, Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyi və əmin-amanlığı üçün bütün lazımi tədbirlər görülür" açıqlamasını vermişdi. Bu vəziyyət Kipr məsələsi
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz